“Birgə açıqlama regionda sülhə nail olmaq üçün növbəti addımdır” - Mirzoyandan açıqlama
Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir sıra məsələlər barədə danışıb. Erməni nazir bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq saxlanılanların mübadiləsinə dair birgə açıqlaması və Ermənistanın COP29 forumuna dair razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi.
"Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var."
Mətləb