Bu gün Almaniyada hökümətin taleyi həll olunacaq
Bu gün Almaniya siyasətində bütün diqqət parlamentdə keçiriləcək etimad səsverməsinə yönələcək. Günün ikinci yarısında Bundestaqda Kansler Olaf Şoltsun rəhbərlik etdiyi federal hökumətə etimad göstərilməsinə dair məsələ səsverməyə çıxarılacaq. Səsvermədən əvvəl Olaf Solts çıxış edəcək. Digər partiyaların parlamentdəki fraksiyalarının rəhbərlərinin də çıxışları dinlənildikdən sonra müzakirələr aparılacaq və səsvermə keçiriləcək.
Hökumətə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməlidir.
Əgər bu, baş verməsə, Federal Prezident Frank-Valter Ştaynmayer parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən gec 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Hökumətdə təmsil olunan və müxalifət partiyaları daha əvvəl növbədənkənar seçkilərin fevralın 23-də keçirilməsi barədə razılıq əldə edib.
Mətləb