Britaniyada fəhlə qıtlğıdır -tikinti sektoru çökür...
Tikinti sektorunda ciddi işçi çatışmazlığı Böyük Britaniya hökumətinin 2029-cu ilə qədər ölkənin iqtisadi artımını stimullaşdırmaq üçün nəzərdə tutulmuş 1,5 milyon ev tikmək planını poza bilər. Belə ki, Baş nazir Kir Starmerin Leyboristlər Partiyası iyulda keçirilən seçkilərdə artımı sürətləndirməyi, infrastrukturu yaxşılaşdırmağı və dövlət xidmətləri işini təkmilləşdirməyi vəd edərək qalib gəlib.
Bina tikənlər tikinti üçün daha çox sayda torpaqların ayrılmasını alqışlasalar da, bir çoxları işçi qüvvəsi və peşəkarlıq çatışmazlığı problemi aradan qaldırılmadıqca Starmer hökumətinin ambisiyalarının əlçatmaz olduğunu deyir.
Bu boşluqlar Böyük Britaniyanın “Brexit”dən sonra immiqrasiya sistemini əsaslı şəkildə nəzərdən keçirməli olub-olmaması, eləcə də yaşlaşmış işçi qüvvəsi yerinə daha çox gənci cəlb etməklə bağlı suallar doğurub. Tikinti üçün işçilərin axtarışı hökuməti miqrasiyanı azaltmaq yerinə işəgötürənlərin ehtiyacları ilə uzlaşdırmaq yolunu tutmağa vadar edə bilər.
Mətləb Salahov