Rusiya Suriyanın taxılını kəsdi...
Rusiya Suriyaya taxıl ixracını dayandırdı. Rəsmi səbəb: "Yeni hakimiyyətlə münasibətlər qeyri- müəyyən olduğu üçün haqq ödənişi gecikə bilər".
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Əslində isə bu, yeni hakimiyyəti danışığa çağırmaq formasıdır. Bundan qabaq Kreml Əsədi rəsmən "keçmiş prezident" adlandırdı və yeni Suriya qüvvələrini Əsədin köhnə leksikonundakı kimi terrorçu, ekstremist adlandırmaqdan imtina etdi... Rusiya Colani ilə əlaqə qurmaq yolları axtarır... Suriya ona hava-su kimi lazımdır. Suriyasız Rusiya Yaxın və Orta Şərqə çıxışı tam itirmiş olacaq...
Tahir TAĞIYEV