Çərşənbə günü, 9 iyul 2025
     

Paşinyanın Avropa Birliyi siyasəti başdan-ayağa ziddiyyətlidir, həm də rişxənd obyekti olur...

Image

Bəlli olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına üzvülüyünə dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib. 

"Ermənistanın Avropa Partiyası"nın rəhbəri Tiqran Xzmalyan bildirib ki, ölkənin Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını yekunlaşdırıb və yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq. Xzmalyannın sözlərinə görə, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan baş tutacaq.

Ermənistanın Mərkəzi Seçki Komissiyası isə Qərbyönümlü qüvvələrin Avropa İttifaqına üzvlük üçün müvafiq prosesinin başlanmasını ehtiva edən qanunun parlamentə təqdim olunması üçün toplanmış imzaların həqiqiliyini təsdiqləyib. Qurum bu zaman texniki və proqram təminatı vasitələrindən yararlanıb, imzaların həqiqiliyini yoxlayıb, o cümlədən, imzalanmış blanklardakı məlumatların dövlət və yerli özünüidarəetmə orqanlarının sərəncamındakı məlumatlarla müqayisəsini aparıb. Nəticədə etibarlı imzaların sayı 52351 olub ki, 50 min etibarlı imza da kifayət edirdi.  Ekspertlər qeyd edir ki, bütün bunların geosiyasi nəticəsi olacaq. Ekspertlər qeyd edir ki, Ermənistan Qərbin Cənubi Qafqazdakı siyasi oyunlarında əsas fiqurdur. Bu səbəbdən Ermənistana müəyyən şirnikləndirici vədlər verilir. Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan vurğulayır ki, Ermənistan hakimiyyəti   Avropa İttifaqının qapısı olduğuna inanaraq beton divarı döyür, eyni zamanda öz əhalisini yalan vədlərlə, illüziyalarla doyurur: "Hakimiyyət qapını döyür, amma əslində bu, beton divardır, yəni heç vaxt açılmayacaq. Amma hakimiyyət insanları aldadır, cəmiyyətdə yaratdığı yalaçı əhval-ruhiyyədən əlavə siyasi xal qazanmaq üçün istifadə edir. Başa düşürlər ki, bu halda Qərb onlara parlament seçkiləri ərəfəsində ciddi piar dəstəyi verəcək. Eyni zamanda, hətta bu halda baş nazir Nikol Paşinyanın siyasi kursu və ritorikası bir çox suallar doğurur və qeyri-müəyyənliklərlə doludur". Zurabyanın nöqteyi-nəzərindən ölkə rəhbərliyinin düşünülmüş və balanslaşdırılmış xarici siyasəti yoxdur. Siyasətçinin qeyd etdiyi kimi, Avropa İttifaqına münasibətdə Paşinyan hələ də Ermənistanın həqiqətən nəyə can atdığına birmənalı cavab verməyib: "Aİ-yə daxil olmaq istəyiriksə, bütün risklər və mümkün xərclər hesablanmalıdır: Kimsə xalqa deməlidir ki, ölkə Aİ-yə gedir, amma bu yolda çətinliklər olacaq, qaz qiymətlərində artımı olacaq, bir neçə qış donmalı olacaq, amma sonda ölkəni "parlaq gələcək" gözləyir.  Heç kim bu riskləri hesablamayıb və səmimi qəlbdən fikirlərini xalqla bölüşməyib".

Levon Zurabyan vurğulayır ki, Nikol Paşinyan və komandası bütün ciddi təhdidlərə və beynəlxalq proseslərə məhəl qoymadan ölkəni "Kardaşyan realiti-şousuna" çevirib: "Biz Zəngəzur dəhlizi adlanan layihənin həyata keçirilməsi təhlükəsi ilə üz-üzəyik, lakin hakimiyyət qeyri-adekvat reaksiya verir, ölkə başçısı velosiped sürdüyünü, dolma hazırladığını göstərir, o, keyfiyyətsiz bloqçuya çevrilib, filmə baxır, kamera qarşısında üzünü qırxır və ölkə getdikcə "Kardaşyan şousuna" çevrilir. Azərbaycan təbliğatı fəal işləyir, Ermənistanı təxribata hazırlaşmaqda ittiham edir, Fransa və Hindistanın ölkəni silahlandırması barədə xəbərlər yayılır. Ermənistan hakimiyyətinə gəlincə, Paşinyan "sülh mövzusunu özəlləşdirib" və bütün siyasi rəqiblərini revanşist kimi qələmə verməyə çalışır". Rusiyalı politoloq Vyaçeslav Sutirin bildirib ki, baş verənlər fonunda Ermənistanın Qərblə Moskva arasında qarşıdurma meydanına çevrilməsi qaçılmazdır. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda fəal iştirak edir və coğrafi şəraitə görə bu regiondan kənarda qala bilməz. Sutirin qeyd edib ki, Rusiyanın diqqətini Ukrayna münaqişəsi istiqamətinə yönəltmək Qafqaza xarici müdaxilənin genişlənməsi üçün imkanlar yaradır. Sutirin izah edib ki, Qərb dövlətləri Rusiyada ciddi qəbul edilən Rusiya-Ermənistan ziddiyyətlərindən sui-istifadə etməyə çalışırlar: "Bu ziddiyyətlər əsasən obyektiv xarakter daşıyır, onları təkcə bugünkü siyasi maraqlar və ambisiyalar diktə etmir, həm də daha dərin əsaslara malikdir. Bu gün bütün region yenidən formatlaşdırılır və burada əsas sual Rusiya ilə Ermənistanın mövqelərini uyğunlaşdırmağa çalışıb-çalışmayacaqlarıdır". Ekspert vurğulayıb ki, bu gün iki məsələdə Ermənistan-Rusiya münasibətlərində müxtəlif trayektoriyalar var: "İlk növbədə, Rusiya ilə Ermənistan arasında müxtəlif səviyyələrdə, ilk növbədə, humanitar müstəvidə təmaslar zəifləyir və buna paralel olaraq, Ermənistanın Rusiya ilə proksi müharibədə olan Qərb dövlətləri ilə əlaqələri artır. Bu, gərginlik və ziddiyyət yaradır. Digər tərəfdən, biz iqtisadi qarşılıqlı əlaqənin demək olar ki, partlayıcı artımının şahidi oluruq. 2020-ci ildən Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 7 dəfə artaraq, bu ilin sonunda 14-16 milyard dollara çatıb. Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra Ermənistanın ÜDM-i 2,5 dəfə artıb. Birliyə üzvlüyün özü də bunda mühüm rol oynadı". Politoloq əmin edib ki, Rusiya əsassız olmayan iddialara baxmayaraq, Ermənistanı müttəfiq adlandırmaqda davam edir. Sutirin əlavə edib ki, bunun fonunda Qərb Ermənistana əvvəllər Ukraynaya təklif edilən sxemi təklif edir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910