Xocalının Ballıca kəndinə köç başladı - FOTO/YENİLƏNDİ
Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
27 ailə olmaqla, 152 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.
Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
XXX
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocalı rayonunun yenidən qurulan Ballıca kəndi də sakinlərini qəbul etməyə hazırdır.
Dekabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. İlk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
ZÜMRÜD