Tramp Avropa ölkələrinin Ukraynaya əsgər göndərməsini istədi, öz əsgərlərini isə göndərmir…
Ukraynada mümkün atəşkəsdən sonra atəşkəs rejiminə əməl olunmasını təmin etmək üçün Avropa İttifaqı ölkələrinin əsgərlərinin bölgəyə yerləşdirilməsini dəstəkləyir.
ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynada mümkün atəşkəsdən sonra atəşkəs rejiminə əməl olunmasını təmin etmək üçün Avropa İttifaqı ölkələrinin əsgərlərinin bölgəyə yerləşdirilməsini dəstəkləyir.
“The Wall Street Journal” yazır ki, Tramp Amerika əsgərlərinin bu missiyada birbaşa iştirakını istəmir. ABŞ əsgərlərinin bu missiya ilə necə əlaqələndiriləcəyinin təfərrüatlar hələ dəqiqləşdirilməyib.
Bundan başqa, Tramp Avropa ölkələrinin Çinə təzyiq göstərərək Rusiyanı atəşkəsə məcbur etməsini də istəyir. Tramp hesab edir ki, bunun üçün Avropa Çin mallarına rüsum tətbiq etməlidir.
Noyabr ayında verdiyi açıqlamada Tramp prezidentliyinin ilk addımlarından birinin Çin məhsullarına 10% rüsum tətbiq etmək olacağını bildirmişdi.
Trampın komandası Rusiya-Ukrayna döyüşlərini dayandırmaq üçün müxtəlif planlar üzərində işləyir. Bunlara Ukraynanın NATO üzvlüyündən imtina etməsi və hazırkı cəbhə xəttində hərbi əməliyyatların dondurulması daxildir.
TAHİR