Çərşənbə günü, 23 iyul 2025
     

Rusiya-Ukrayna müharibəsi - Azərbaycanda qaçqınların sayı sürətlə artır...

Image

Aparılan araşdırmalardan bəlli olur ki, ötən ilin fevralında başlanan Rusiya-Ukrayna müharibəsi Azərbaycanda qaçqın statusu ilə yaşayanların sayına da təsir göstərib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumat bazasına görə, 2021-ci ilin sonunda Azərbaycanda qaçqınların və sığınacaq axtaranların sayı cəmi 1 min 710 nəfər olub. 

Həmin dövrdə Azərbaycandakı qaçqınlar arasında Əfqanıstan vətəndaşları  üstünlük təşkil edib. 2021-ci ildə ölkədəki 1 710 qaçqın və sığınacaq axtaran şəxsin 71 faizi  və ya 1 215 nəfəri Əfqanıstan, 325 nəfərsə Rusiya vətəndaşı olub. O vaxt Azərbaycanda cəmi beş nəfər Ukrayna vətəndaşı qaçqın statusu daşıyıb.

Ukraynada savaşın başlanması Azərbaycandakı qaçqın və sığınacaq axtaranların sayını dörd dəfəyə yaxın artırıb. Ötən ilin sonunda ölkədəki qaçqın və sığınacaq axtaranların sayı 6 min 566 nəfərə yüksəlib. Bu ilin ilk yarısının nəticələrinə görə isə, Azərbaycanda 6 min 439 nəfər qaçqın və sığınacaq axtaran sayılıb. İndi belə status daşıyanların 4 min 776 nəfəri  və ya 74 faizi Ukrayna vətəndaşıdır. Hazırda Azərbaycanda 11 ölkədən qaçqın və sığınacaq axtaran şəxs var. Ukrayna vətəndaşları ilə yanaşı, Əfqanıstan (18 faiz) və Rusiya (5 faiz) vətəndaşları da Azərbaycanda BMT-nin himayəsi altında yaşayanlar arasında say çoxluğuna malikdir. Ukraynalı qaçqınların Güney Qafqazda ən çox üz tutduğu ölkə Gürcüstandır. Orada qaçqın kimi qeydiyyatda olan ukraynalıların sayı 26 min nəfəri ötür. Güney Qafqazda ukraynalı qaçqınların ən az maraq göstərdiyi ölkə isə Ermənistandır. Ermənistanda cəmi 528 nəfər Ukrayna vətəndaşı qaçqın və ya sığınacaq axtaran kimi qeydiyyatdadır. 2019-cu ildən bəri Azərbaycandakı məcburi köçkün sayında da artım gözə çarpır. Məcburi köçkün deyərkən, ərazisi işğala məruz qalmış rayonların bütün əhalisi deyil, sırf məcburi köçkün statusu olan şəxslər nəzərdə tutulur. 2013-2018-ci illərdə Azərbaycanda məcburi köçkünlərin sayı 609 – 622 min arasında dəyişib. 2019-cu ildə isə məcburi köçkün statusu olanların sayı 32 min nəfər artaraq 652 min nəfərə yüksəlib. Sonuncu açıqlanan rəqəmlərə görə, Azərbaycanda 658 min 793 nəfərin məcburi köçkün statusu var. BMT-nin bilgi bazasına görə, bu ilin əvvəlinə dünyanın 64 ölkəsində məcburi köçkünlər var. İndiki göstəricilərə görə, Azərbaycan dünyada ən çox məcburi köçkün statuslu şəxs olan 18-ci ölkədir. Bu baxımdan ilk üçlüyə Suriya (6.9 milyon nəfər), Ukrayna (5.9 milyon nəfər) və Konqo Demokratik Respublikası (5.7 milyon nəfər) daxildir. Qaçqın, sığınacaq axtaran və məcburi köçkünlərlə yanaşı, Azərbaycanda vətəndaşlığı olmayan şəxslər də yaşayır. İndi Azərbaycanda heç bir ölkənin vətəndaşı olmayan 3 min 585 nəfər var. Hesab edilir ki, Rusiya-Ukrayna savaşının davam etdiyi müddətdə Azərbaycana yeni ukraynalı qaçqınların gəlməsi gözləniləndir. Bundan başqa, Avropanı tərk edən  ukraynalı qaçqınların MDB ölkələrinə, o cümlədən Azərbaycana üz tutması gözlənilir. Artıq bir çox ukraynalı Polşanı və Almaniyanı tərk etməyə başlayıb. Hazırda Avropa ittifaqında 4,2 milyona yaxın ukraynalı qaçqın var. Xüsusilə, 1,1 milyon qaçqın Almaniyada, 958 min Ukraynalı qaçqın isə Polşada rəsmi olaraq  yaşayır. Onların qeyri-rəsmi sayı isə daha çoxdur. İndi Avropada ukraynalı qaçqınlara münasibətin dəyişməkdə olduğu müşahidə edilir. Bu fonda da Avropanı tərk edən ukraynalı qaçqınların sayı artmağa başlayıb.

Daha bir mühüm nüans odur ki, Qərb Ukraynanı Rusiyaya qarşı savaşda yarı yolda qoymaq niyyətindədir. Bu isə Rusiya ordusunun Ukraynada təzyiqlərini artırmasına gətirib çıxaracaq. Deməli, ukraynalı qaçqınların sayının bu şəraitdə daha da artması gözləniləndir. Elə bu fonda ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyanın şərtləri ilə aparılan danışıqların Ukrayna və Qərbin tam məğlubiyyətinə bərabər olacağını açıqlayıb. Qurum Rusiyanın Ukraynadakı müharibə ilə bağlı məqsədlərini dəyişmədiyini qeyd edib: "Rəsmi Moskva Kiyevlə vicdanlı, ciddi danışıqlar aparmaq niyyətində deyil". Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın müharibənin həlli üçün zəruri ilkin şərt kimi Ukraynanın qoşunlarını Rusiya ərazisindən çıxarması tələbi Moskvanın maksimalist məqsədlərini, həmçinin qeyri-qanuni ilhaq etdiyi dörd vilayətin bütünlüklə nəzarətdə saxlanmasını nəzərdə tutur: "Zaxarova Rusiyanın Ukraynadakı maksimalist məqsədlərinin dəyişmədiyini vurğulayıb. O söyləyib ki, müharibə yalnız Ukrayna ordusunun tam təslim olması şərti ilə mümkündür". Hesabatda həmçinin vurğulanıb ki, Rusiyanın Ukrayna ərazisinə indiki cəbhə xəttinə qədər nəzarət etdiyi şəraitdə Kiyevin təslim olmasına çağırışlar Ukraynanın və Qərbin milli təhlükəsizlik maraqları baxımından artıq qəbuledilməzdir. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib. El bu fonda da Qərb Ukraynaya dəstəyini azaltmağa başlayıb. Bunu Almaniya Bundestaqının deputatı, Sollar Partiyasının parlament fraksiyasının rəhbəri Sara Vaqenknext  də təsdiq edir. O qeyd edib ki, Birləşmiş Ştatlar artıq tədricən Kiyevi maliyyələşdirməkdən imtina edir və Slovakiya ümumiyyətlə bu mənasız hərbi əməliyyatlara görə silah göndərmək üçün vergi vəsaitlərini israf etmək istəmir. Deputat Almaniyanın münaqişə başlayandan bəri Ukraynaya nə qədər vergi ödəyicisi vəsaiti xərclədiyini hesablayıb. Onun sözlərinə görə, 24 milyard avro birbaşa Ukraynaya köçürülüb. Aİ Ukraynaya 85 milyard avro köçürüb, lakin Almaniya faktiki olaraq bunun 20 milyardını verib, çünki Aİ büdcəsinin dörddə biri Berlin tərəfindən maliyyələşdirilir. Almaniya ukraynalı qaçqınlar üçün daha 14 milyard xərcləməli olub. Amma artıq xərclərin bu templə davamı mümkünsüz hesab olunur. Məhz bu da Ukraynanın yarı yolda buraxılması deməkdir.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910