Müxalifət Suriyada konstitusiya komitəsi yaradır
Suriyada yeni prosesə start veriləcək. Belə ki, ölkənin əsas qanunlarına dəyişiklik etmək üçün konstitusiya komitəsi yaradılacaq. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi departamentinin nümayəndəsi məlumat verib.
“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq. Yeni Suriya ədalətə və qanuna əsaslanacaq, bədnam həbsxanalara yer qalmayacaq”, - deyə departamentin nümayəndəsi qeyd edib.
Mətləb Salahov