Şolts və Ərdoğan Suriyanı müzakirə ediblər
Almaniya Kansleri Olaf Şolts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.
Liderlər Suriyadakı vəziyyəti müzakirə edib və ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı qeyd olunub ki, indi əsas məsələ Suriyanın etnik tərkibindən və dinindən asılı olmayaraq bütün suriyalılar üçün təhlükəsiz bir evə çevrilməsini təmin etməkdir. Bu həm də ərazi bütövlüyünü və suverenliyini qorumaq deməkdir.
Mətləb Salahov