Əsəd Suriya xalqının öz mühakiməsinə verilməlidur...Putinin onu himayə etməsinin heç bir haqqı yoxdur...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır: "Üçbucaqlı, "bədheybəti" xatırladan "Sedneya" həbsxanasının qaniçən Əsəd rejimi tərəfindən əslində kütləvi yeraltı qətl konveyeri kimi işlədildiyini sübut edən kadrlara baxdıqca bir daha əminlik yaranır ki, Əsəd manyak bir qaniçən imiş, onun insanlığa qarşı cinayətləri bağışlanmazdır...
Əsədi bu gün himayə edənlər, Rusiya olsun, İran olsun, onun böyük cinayətlərinin ortağına çevrilirlər. İnsanları həbsxanada adi şalbandan taxta çəkən elektromişarla doğramağın adı nədir? Belə bir qaniçəni himayə edənlərə necə haqq vermək olar?!..
Əsəd Şama qaytarılmalı, Suriya xalqının ədalət mühakiməsinə verilməlidir.. Yaxın tarixə baxın...
Qəddafini Liviya xalqının özü mühakimə etdi, Mübarəki Misir xalqı özü cəzalandırdı, Bin Əlini Tunis xalqı özü ittiham etdi, Səddamı İraq xalqı özü cəzalandırdı, Kreml Əsədi niyə himayə etməlidir, niyə onu Suriya xalqının ittihamına təhvil verməməlidir ?
Putinin Əsədi himayə etdiyi hər bir gün onun özü üçün çətinlik yaradır və yaradacaq...."
Mətləb