Suriyanın Moskvadakı səfiri Əsədi biabır etdi - gecənin bir vaxtı alçaldıcı şəkildə qaçdı...

Dekabrın 8-də Suriyanın Moskvadakı səfirliyinin binasından asılan Suriyanın Əsəd dövründəki bayrağı götürülüb, bir gün sonra isə səfirliyin binasında müxalifətin bayrağı qaldırılıb.
Diplomatik nümayəndəlikdən bildirilib ki, səfirlik yeni bayraq altında normal fəaliyyətini davam etdirir.
Rusiya mediası xəbər verir ki, Suriyanın Sankt-Peterburq konsulluğunun binasında da bayraq dəyişdirilib. Suriya Ərəb Respublikasının fəxri konsulluğunun binasına suriyalı müxalifətə məxsus əldə hazırlanmış bayraq asılıb.
Qeyd edə ki, müxalifət Əsəd dövründəki bayrağı 61 illik BƏƏS rejiminin simvolu kimi görür.
Bu arada, Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri "RT Arabic" telekanalına müsahibəsində bildirib ki, Suriyada korrupsiya sisteminin bir neçə gün ərzində çökməsi bu sistemin həm cəmiyyətdə, həm də silahlı qüvvələrdə dəstəyinin olmadığını göstərir.
"Korrupsiya sisteminin qısa zamanda iflasa uğraması bu sistemin cəmiyyət və silahlı qüvvələr tərəfindən nə qədər dəstəkləndiyini açıq şəkildə göstərdi. Bu sistemin başçısının gecənin bir vaxtı biabırçı və alçaldıcı şəkildə qaçması dəyişikliklərə ehtiyac olduğunu təsdiqləyir və daha yaxşı gələcəyə ümid yaradır" – deyə diplomat bildirib.
TAHİR