Cümə axşamı günü, 24 iyul 2025
     

Ermənistanın əli beynəlxalq məhkəmədən birdəfəlik kəsildi...

Image

Şəmsəddin Əliyev: "Bunların separatçı canilər ətrafında monipulyasiya ilə məşğul olduğunu Beynəlxalq Ədalət Məhkəməsi də yaxşı bilir"

Ermənistan uydurma iddialarla beynəlxalq təşkilatları məşğul etməkdən əl çəkmək istəmir. Heç bir əsasları olmadan Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinə belə üz tuturlar. Bakıda həbsdə olan separatçıların cinayətkar ünsürlərin azad olunması üçün çıxmadıqları oyun yoxdur, amma onların bu cəhdləri alınmır. Çünki cinayətkarın azadlığa buraxılması dünya üçün böyük təhlükədir.  

Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan jurnalistlərlə söhbətində bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsi  məhbusların qaytarılması məsələsinin onların yurisdiksiyasından kənarda olduğunu düşünür. "Məhkəmə müstəqil orqandır və beynəlxalq hüquqa əsaslanan qərarlar qəbul edir"-deyə bildirən Kirakosyan qeyd edib ki, məhbusların qaytarılması probleminin həlli guya siyasi müstəvidədir.

"Ermənistanın müraciətinə "yox" deməklə onların ümidlərini birdəfəlik kəsdi"

Məsələyə şərh verən tanınmış hüquqşünas Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə bildirdi ki, Ermənistan həmişə olduğu kimi manipulyasiya ilə məşğul olur. "Ermənistan separatçıların azad olması üçün çox cəhdlər edir. Amma onların atdıqları bütün addımlar iflasa uğrayır. Bunların separatçı canilər ətrafında manipulyasiya ilə məşğul olduğunu Beynəlxalq Ədalət Məhkəməsi də yaxşı bilir. Ermənistanın müraciətinə "yox" deməklə onların ümidlərini birdəfəlik kəsdi. Separatçıların əli Azərbaycan xalqının qanına batıb və belələri heç zaman bəraət ala bilməz. Heç zaman cinayətkar bəraət almamalıdır. 

Tarixə nəzər salsaq görərik ki, İkinci Dünya müharibəsində faşistlərə qarşı Nürnberq prosesi həyata keçirildi və onlar bəşəriyyətin gözü qarşısında mühakimə olundular, hər biri layiqli cəzasını aldı. Bu, dünyada sosial ədalətin bərpa olunmasının canlı təzahürü idi. Bir nəfər belə cinayətinə görə kənarda qalmadı, cəzasını aldı. Bu, dünyaya görk olacaq bir hadisədir". 

Ş.Əliyev qeyd etdi ki, həbsdə olanların əlləri Azərbaycan xalqının qanına batıb. Onlar dünya dövlətlərinin gözü qarşısında 30 il müddətində müharibə cinayətləri, soyqırım aktları, insanlıq əleyhinə tarixdə misli olmayan amansız qətllər törədiblər, bunlar xüsusilə ağır cinayətlərdir ki, bunu edənlər cəzalarını almalıdırlar. Azərbaycanın erməni canilərinin bu cinayətlərini dünyaya yaydığını deyən Ş.Əliyev təəssüflə bildirdi ki, nə Beynəlxalq Ədalət Məhkəməsi, nə Haaqa məhkəməsi Ermənistana qarşı addım atıb. O bildirdi ki, sözügedən məhkəmə instansiyaları Ermənistanın Azərbaycana qarşı bütün istiqamətlərdə həyata keçirdiyi cinayətlərə, ekosidə, kultsidə və sairə lazımı qiymət verməyib. "Bunlar etdikləri cinayətlərə cavab verməli olmalı olduqları halda, hələ də cəzalarına çatdırılmayıblar. Birinci Qarabağ müharibəsi dövründə xalqımıza qarşı cinayətlər törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər. Cəzasızlıq mühiti onları və havadarlarını görün nələrə al atmağa aparır. Bunlar qondarma məlumatlarla beynəlxalq məhkəməyə müraciət edirlər, separatçı məhbusların azad olunmasını istəyirlər. Bizim ölkənin konstitusiyası dövlətin konstitusion quruluşu, vətəndaşların və insanların sağlamlıqları əleyihə törədilən xüsusilə ağır cinayətlərə görə ölüm hökmü tətbiq etmək imkanı verir.  Söhbət konstitusiyanın 27-ci maddəsindən gedir. Azərbaycanda ölüm hökmü yoxdur, müvəqqəti olaraq moratorium qoyulub. Biz müharibə cinayətləri, hərbi cinayətlərlə bağlı ölkəmizdə ölüm hökmünü bərpa edə bilərik. Onlar da təsəvvür etsinlər ki, Azərbaycanda ölüm hökmü qüvvədədir və bunların əksəriyyəti yüksək cəza tədbirinə məruz qalacaqdı. Amma görürsüz, Azərbaycan Avropa Şurasına üzv olandan sonra üzərinə öhdəlik götürüb və biz o öhdəliklərə, həm də beynəlxalq hüququn prinsiplərinə çox hörmətlə, vicdanla yanaşırıq. Təki başqa dövlətlər də bizim kimi yanaşsınlar". 

Ş.Əliyev qeyd etdi ki, Ermənistan COP29-da iştirak üçün Azərbaycana nümayəndə göndərməli idi. "Məqsədləri də burada həbsdə olanların müəyyən bir qismini buraxdırıb özlərilə aparmaq idi. Amma dərk etdilər ki, bu mümkün olası hal deyil. Separatçılar layiqli cəzalarını almalıdır. Ermənistan çox şeyə ümid edirdi, amma alınmadı. Bizim gözəl bir sözümüz var: haqq nazilər, amma  üzülməz. Zaman gələcək, Azərbaycan xalqının qanına əlləri bulaşmış, bizə qarşı müharibə cinayətləri törətmiş bütün canilər öz layiqli cəzasını alacaq, beynəlxalq tribunallarda buna cavab verəcəklər. Biz o günü gözləyirik. Ona görə də heç kim düşünməsin ki, canlarını qurtara biləcəklər". 

Ş.Əliyev vurğuladı ki, Ermənistan beynəlxalq hüquq müstəvisində də heç nəyə nail ola bilməyəcək, separatçılar lazımı şəkildə öz cəzalarını alacaqlar. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

23.07.2025 / 20:10
Gəncədə axtarışda olan şəxs saxlanarkən polislərə silahlı müqavimət göstərdi

23.07.2025 / 20:05
Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...

23.07.2025 / 19:51
Azərbaycanda mətbuat müstəqilliyinin daha bir böyük missiyası...

23.07.2025 / 19:38
Ermənistan əhalisinin yarısı Azərbaycanla saziş istəyir...

23.07.2025 / 19:26
İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

23.07.2025 / 19:19
İşığa çevrilən söz - “Əkinçi” - Hafiz Təmirov yazır...

23.07.2025 / 19:11
Yəhudi təşkilatları Aydın Quliyevin 65 illiyini təbrik etdilər...

23.07.2025 / 19:06
Suverenliyin bərpasından sonrakı mətbuat yubileyinin fərqli mənası var...

23.07.2025 / 18:51
Rəsmi Kreml Əliyevin Ukrayna siyasətinə açıq münasibət bildirdi - “biz bununla razılaşmadıq”

23.07.2025 / 18:46
Ağdam – dünən işğal, bu gü inkişaf!

23.07.2025 / 18:37
Trampın İlham Əliyevdən paylaşdığı videonun arxasında unikal məqam...

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910