Cümə günü, 18 iyul 2025
     

Suriyadan sonra növbə İranın, Ermənistanın, Gürcüstanındır - İrəvan qorxuya düşüb...

Image

Suriya prezidenti Bəşər Əsədin devrilməsi Ermənistanda ciddi əndişəyə səbəb olub. Bu barədə danışmazdan öncə qeyd edək ki, TASS-a Kremldəki mənbənin verdiyi məlumata əsasən, Bəşər Əsəd və ailə üzvləri hazırda Moskvadadır. 

Qeyd olunur ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifətinin  silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir. Bunlar fonunda "armenianreport" portalı yazır: "Əsədin həyat yoldaşı və uşaqları daha əvvəldən ölkəni tərk edib. Əsədin iki kürəkəni Birləşmiş Ərəb Əmirliklərinə gedib. Əsəd sona qədər dayandı və bu vəziyyət ona hörmət hissi doğurur. Və təkcə bu deyil. Artıq mətbuatda Misir və İordaniyanın rəsmi nümayəndələrinin Əsədin özünü ölkəni tərk etməyə və sürgündə müvəqqəti hökumət qurmağa çağırması barədə məlumatlar dərc olunub. Lakin o razı olmadı. Görünür, özü də belə tez və amansızcasına xəyanətə məruz qalacağına inanmırdı. Hər şeydən əvvəl Rusiya xəyanət etdi. Hansı ki, Kreml nə qədər inkar etməyə çalışsa da, gözümüzün qabağında zəifləyir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haqlı olaraq iddia edirdi ki, Rusiya üsyançıların hücumu zamanı Suriyada Bəşər Əsəd hökumətinə kömək edə bilməyəcək, çünki artıq Ukrayna müharibəsində xeyli itki verib. Bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada bu qədər bağlı olan və orada 600 mindən çox əsgərini itirən Rusiya, illərdir müdafiə etdiyi Suriya üzərində bu hərfi yürüşü dayandıra bilməyəcək" deyə Tramp bildirib. Və belə də oldu. Baş verənlər isə Rusiyanın əsas geosiyasi oyunçu statusuna ciddi təsir edir. Bu, Kremlin Mərkəzi Asiyada təsirinin zəiflədiyini göstərir. Rusiyanın neft nəqlinə nəzarət etdiyi nöqtə Suriya idi. İndi Mərkəzi Asiya ölkələrinin alternativ yolları olacaq. Daha dəqiq desək, Rusiya mühüm qərarlardan kənarda qalacaq, xüsusən də Qazaxıstanın neft ixracına təsir etməyəcək. Qazaxıstan isə, bildiyiniz kimi, Rusiyadan yan keçməklə illik neft tədarükünü artırmağa hazırlaşır. Bu məqsədlə rəsmi Astana konkret boru xətti seçib. Bu barədə "Kursiv" nəşri yazır. Söhbət Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Bakı-Tiflis-Ceyhan boru kəmərindən gedir. Qazaxıstanın planlarına əsasən, neft ixracının həcminin 1,5 milyon tondan 20 milyon tona çatdırılması planlaşdırılır. Bu o deməkdir ki, kəmərlə tədarük həcmi 13 dəfədən çox artacaq.

Yuxarıda qeyd olunan kəmər vasitəsilə neft ixracının həcminin artırılması Qazaxıstana Rusiya vasitəsilə tədarükünü 80%-dən çox azaltmağa imkan verəcək. Bu barədə "Reuters"in materialında deyilir. Gördüyümüz kimi, Bəşər Əsədin Suriyada hakimiyyəti itirməsi nəticəsində sağ olub-olmamasından asılı olmayaraq, Türkiyə və Azərbaycan qalib gəldi. Və Rusiya daha bir ağır sillə aldı. Kim nə deyir desin, onlar Tartusdakı bazalarını itirdilər - Aralıq dənizindəki yeganə Rusiya hərbi dəniz bazası. Xüsusilə Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra bu, Rusiya üçün strateji əhəmiyyət kəsb edirdi. Burada Rusiya hərbçiləri nüvə gəmisi də daxil olmaqla 11 hərbi gəmi saxlaya bilərdi. Rusiya NATO-nun birbaşa müdaxiləsinə yol verməmək üçün 2022-ci il işğalından əvvəl Tartusdakı hərbi varlığını gücləndirib.

Bundan əlavə, Rusiya tərəfindən maliyyələşdirilən və təlim keçən Suriya hökumət qüvvələri Hələbdən 40 km şərqdə yerləşən Quires bazasını Rusiya silahları ilə artıq itirib. İnternetdə görünən fotoşəkillərə görə, yaraqlılar "Pantsir" və "Uragan" kimi texnikaları ələ keçiriblər.  Bütün bunlara əsaslanaraq, Ermənistan tərəfindən Rusiya ilə qopma prosesini sürətləndirmək lazımdır. Rusiyanın  hərbi, iqtisadi, geosiyasi çöküşü yaxın gələcəyin məsələsidir. Biz buna çoxdan əminik. Axı o, hələ Bəşər Əsədin Suriyasından üz döndərməzdən əvvəl Ermənistana xəyanət edib. O vaxtdan bəri Ukraynadakı müharibəyə görə Rusiya daha da zəifləyib. Və onun Gümrüdə hərbi bazasının olması məsələsi, eləcə də Ermənistanın KTMT-dən qəti və rəsmi çıxması məsələsi tezliklə həll olunmalıdır. Ermənistanın təhlükəsizliyini təmin edə biləcək yeganə qüvvə NATO-dur. Alyansa tamhüquqlu üzvlük olmasa da, regionda ən mühüm müttəfiq statusu ölkəmizin həyati ehtiyacı olan bir şeydir". Pan-Erməni Milli Dövlət Partiyasının yaydığı bəyanatda isə məsələ daha qəti formada qoyulub: "Suriya bizim üçün Türkiyə və Qərbin təhrik etdiyi "terrorçulara" az-çox müqavimət göstərən dost dövlət idi. İndi Suriya faktiki olaraq getdi və işğal olundu, bölgədə növbəti hədəf Ermənistan, İran və Gürcüstandır". Partiya təmsilçiləri Bəşər Əsəd rejiminin süqutundan əndişələndiklərini gizlətməyiblər: "Yüz minlərlə muzdlu islamçı terrorçu bu gün boş qalıb və əminəm ki, Türkiyə və bəzi Qərb dövlətləri bundan bütün qaynar nöqtələrdə mütləq öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Artıq terrorçuların bəyanatları da var ki, Suriyadan sonra Qafqazı təmizləməyə gedəcəyik. Bu vəziyyət ölkəmizin təhlükəsizliyi üçün çox ciddi təhdiddir və biz bundan nəticə çıxarıb fəallaşmalıyıq. Türkiyə Böyük Millət Məclisinin Bakıya səfər edən Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oqtayın bəyanatı da nəzərə alınmaqla, qarşıdan gələn təhdidlərə və onlardan irəli gələn hadisələrə qarşı mümkün qədər hazır olmaq üçün addımlar atmalıyıq. O bildirib ki, Zəngəzur dəhlizinin açılması mühüm şərtdir, sülhün bərqərar olmasına tərəfdardır və Ankara Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini dəstəkləyir və ona qoşulur". Qeyd edək ki, Bəşər Əsəd hər zaman Ermənistanı dəstəkləyib və qondarma "erməni soyqırımı"nı tanıyıb. Bəşər Əsədin devrilməsindən sonra Ermənistanda xüsusi panika başlayıb. Bu amilin İranı öz sərhədləri daxilinə çəkəcəyindən narahat olan erməni politoloq və siyasətçilər əsas dayaqlarından – Tehranın himayəsindən məhrum olacaqlarını düşünürlər. Elə erməni politoloq  Hrant Melik-Şahnazaryan da  bu prosesin Ermənistan üçün acı nəticələri olacağını iddia edir: "Türkiyə və Rusiya eyni məqsədi güdürlər. Biri Osmanlı imperiyasını, digəri Rusiya imperiyasını bərpa etməyə çalışır. Hər ikisinin bu işdə müəyyən uğurları var". Onun fikrincə, yaranan yeni dünya nizamı yeni güc balansını nəzərdə tutduğu üçün Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan buna hazırlaşır: "Gürcüstan anladı ki, bu dəyişikliklər dövründə dəqiq seçim etməyi bacarmaq lazımdır. Və onlar Avropanın vədlərini Abxaziyanın geri qaytarılması perspektivinə tabe edərək, bu seçimi etdilər. Artıq İran qüvvələri Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığı barədə xəbərlər yayırlar. Amma biz heç nə hiss etmək istəmirik".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
DAMM və İNK kollektivi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

18.07.2025 / 15:36
Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verdi

18.07.2025 / 15:17
Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikir...

18.07.2025 / 15:02
" Yeni Azərbaycan" TV-nin icraçı direktoru Murad Paşayevlə müsahibə - VİDEO

18.07.2025 / 14:33
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

18.07.2025 / 14:23
Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakıdan Naxçıvana avtobus reysləri bərpa olunur...

18.07.2025 / 14:03
Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub - FOTO

18.07.2025 / 13:50
Masallıda 12 minlik qızıl oğurlayan şəxs yaxalandı

18.07.2025 / 13:38
"Türkiyə-Azərbaycan münasibətləri özünün ən yaxşı dövrünü yaşayır" - Səfir Birol Akgün

18.07.2025 / 13:25
“Formula-1” tribunalarında tamaşaçı sayı 2 min nəfər artırılıb

18.07.2025 / 13:14
Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FOTO

18.07.2025 / 12:47
Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

18.07.2025 / 12:38
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı oldu - FOTO

18.07.2025 / 12:30
Rusiyanın 20-dən çox bankı SWIFT sistemindən atılır...

18.07.2025 / 12:26
Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

18.07.2025 / 12:22
"Süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə öz töhfəsini verəcək" - Prezident

18.07.2025 / 12:19
Prezident İlham Əliyev ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

18.07.2025 / 12:00
Qubada "Kamaz" və "Jiquli" toqquşub

18.07.2025 / 11:35
Polis təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə xəbərdarlıq etdi!

18.07.2025 / 11:25
Zelenski Rüstəm Umerovu Təhlükəsizlik Şurasının katibi təyin etdi

18.07.2025 / 11:22
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb

18.07.2025 / 11:17
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur

18.07.2025 / 11:12
Banklar, 105 gəmi, "Şimal Axını" - Avropa İttifaqından Rusiyaya qarşı ən sərt sanksiya!

18.07.2025 / 11:06
Naxçıvanın Baş naziri müşavirə keçirib

18.07.2025 / 11:02
ABŞ Senatından USAID-ə 9 milyard dollarlıq zərbə!

18.07.2025 / 10:30
“Hulusi Akar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirdi” – EMİN HƏSƏNLİ

18.07.2025 / 10:18
"Şelburn" - "Qarabağ" matçını bu hakimlər idarə edəcək

18.07.2025 / 10:11
"Tehran erməni dostlarına güvənir" - Mehdi Sobhani

18.07.2025 / 10:06
"Qərb Gürcüstanı qarışdırmağa hazırlaşır" - spikerdən AÇIQLAMA

18.07.2025 / 10:00
Türkiyədə antiterror əməliyyatı - 153 İŞİD-çi saxlanılıb

18.07.2025 / 09:30
Trampdan ŞOK ADDIM - Bu məşhur nəşri məhkəməyə verir!

18.07.2025 / 09:22
Daha bir reper saxlanıldı - bu dəfə söyüşə görə...

18.07.2025 / 09:20
Tələbə təqaüdlərindən adambaşına 3 manat tutqu narazılıq yaradıb...

18.07.2025 / 09:17
11 ölkədən Suriyaya dəstək BƏYANATI

18.07.2025 / 09:09
"Sabah" Avropa Liqası ilə vidalaşdı - hədəf Konfrans Liqasıdır

18.07.2025 / 09:05
Bakının bu əraziləri qazsız qalacaq - XƏBƏRDARLIQ

18.07.2025 / 09:00
Fransada sosial gərginlik - Həmkarlar İttifaqları tətil elan etdi!

18.07.2025 / 08:33
Azərbaycanlıların Rusiyadan vətənə pul göndərişinə məhdudiyyət qoyulacaq...

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910