Bazar günü, 13 iyul 2025
     

Trampın planı - Ukraynaya yardım mövzusunda siyasi alver, ya qəti qərar...

Image

Akif Nağı: "Hesab edirəm ki, Tramp hakimiyyətə gələndən sonra Ukrayna məsələsinin həlli üçün optimal bir variant ortaya qoyacaq"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp açıqlayıb ki, Vaşinqtonun Ukraynaya hərbi yardımı azaltması mümkündür. O, NBC News-a verdiyi müsahibədə "Bacarsam, müharibəni bitirməyə fəal şəkildə çalışıram" deyib.

Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı suallara cavab olaraq Tramp qeyd edib ki, o, vəzifəyə gəldikdən sonra Kiyev ABŞ-ın eyni səviyyədə dəstəyinə arxalanmamalıdır.

Tramp Ukraynaya yardımları azaltmağı mümkün saydı, bacaracaqmı?

Baki-xeber.com-a açıqlamasında siyasi şərhçi Akif Nağı bildirdi ki, artıq Tramp komandasını formalaşdırır, dünyadakı problemlərin gələcəkdə həllinə dair yanaşmalarını ortaya qoyur, müxtəlif görüşlər keçirir, yəni öz prezident səlahiyyətlərinin icrasına hazırlaşır: "Çunki o, seçki təbliğatı dönəmində müxtəlif problemlərin həllinə dair seçicilərə vədlər verib. O cümlədən də Ukrayna ilə bağlı Trampın movqeyi bundan ibarət idi ki, Vaşinqton Ukraynanı tək qoymayacaq, amma bu müharibədə sülhə nail olacaq. Ona görə də zaman daraldıqca bu istiqamətdə konturlar dəqiqləşir. Hələlik bu müharibəyə hansı şəkildə son qoyulacağı tam bəlli deyil. Müəyyən proseslər gedir. Məsələn, Suriyada artıq müxalifət hakimiyyətə gəldi, Əsəd devrildi. Bu məsələdə Amerikanın rolu ortadadır. 11-12 il əvvəl Suriyada sərt qarşıdurma var idi. Bir tərəfdə Rusiya və İranin dəstəklədiyi Əsəd rejimi, digər tərəfdə isə ABŞ və Türkiyənin dəstəklədiyi müxalifət dayanırdi. Sonradan kənar qüvvələr razılaşdı ki, hələlik Əsəd hakimiyyətdə qalsın, amma gərginlik yenə davam edirdi. Görünür, indi ABŞ, Türkiyə və Rusiya arasında müəyyən razılaşma əldə edildi. Bu razılaşma nəticəsində də Əsəd rejimi devrildi. Rusiya hazırda Bəşər Əsədin "siyasi meyiti"nə sahib çıxır ki, onun üzərində məhkəmə qurulmasın. Çünki Tramp bəyan elədi ki, Bəşər Əsəd ədalət məhkəməsi qarşısında cavab verməlidir. Əsədin Moskvada olduğu bildirilir. Yəqin ki, onun həyatına Rusiya zəmanət verib.

Amerika üzdə özünü maraqli tərəf kimi göstərməsə də, proseslər ABŞ və Türkiyənin arzuladığı şəkildə getdi. Bunları deməkdə məqsədim odur ki, Suriyada gedən proseslər Ukrayna cəbhədinə də öz təsirini göstərəcək.

Belə fikirlər də var ki, Rusiya Suriyada geri cəkildiyinə görə Amerika Ukraynada ona güzəştə gedə bilər. Amma Rusiya zəifləyibsə, Suriyada döyüşə bilmədisə, inandırıcı deyil ki, ABŞ ona Ukraynada hər hansı bir güzəştə getsin. Rusiyanı Ukraynada o qədər geri çəkilməyə məcbur edəcəklər ki, bu, Zelenskini də qane etsin. Çünki Ukrayna ərazi mübahisələri qalmaqla NATO-ya girmək istəyir. O, sonradan Aliansın üzvu kimi ərazilərini azad etməyi hədəfləyir. Yəni Zelenski NATO-nu bu məsələyə cəlb etmək istəyir. Bildiyiniz kimi, Turkiyə də bu blokun üzvüdur, amma o, tərəf olaraq bu münaqişəyə qatılmaq istəmir. Yəqin ki, belə xırda məsələlər tənzimlənə bilər. Çünki Suriyada baş verən hadisələrdən sonra Türkiyənin də əli xeyli güclənib. Ərdoğan hələ də Rusiya ilə münasibətləti saxlamaq fikrindədir. O, bunu son bəyanatı ilə diqqətə catdirdi, "dünyada hadisələrə daha çox təsir edən iki lider var - Putin və Ərdoğan". Türkiyənin bu mövqeyi dəyişməyəcəksə, Ukraynada Vaşinqtonun Moskvanı nəyəsə məcbur etməsi cətin olacaq. Bu baxımdan, Suriyada Rusiya və İranin geri çəkilməsində Turkiyənin də rolu böyükdur. Məsələnin qan tökülmədən, qısa zamanda həlli onu göstərir ki, burada razılaşma var və bu razılaşmada Türkiyə-Rusiya munasibətlərindən istifadə edilib. Ona görə də Türkiyə Rusiyanı Ukrayna məsələsində danışıq masasında tək qoymayacaq.

Trampın qeyd etdiyiniz bu ifadəsi sözün birbaşa mənasinda işlədilib. Yəni o, yardımdan geri cəkilməyəcək, amma bu yardım əvvəlki səviyyədə də olmayacaq.

Hesab edirəm ki, Amerikanin Ukraynaya dəstəyi tədricən zəifləyəcək. Bu da ondan irəli gəlir ki, Tramp münaqişənin bitməsində maraqlıdır.

Bayden administrasiyasından fərqli olaraq, Tramp Cənubi Qafqazda daha yumşaq və bitərəf mövqe tutmaq fikrindədir. Ermənistan da bundan çox narahatdır. Ona görə də Makronun vasitəçiliyi ilə Parisdə Trampla Paşinyanın görüşü təşkil edildi. Lakin mən inanmıram ki, Tramp o görüşdə Paşinyana nəsə vəd versin. Çünki Trampın Bayden dönəmindəki kimi Ermənistanı mudafiə etmək fikri yoxdur. Seçkiqabağı kampaniyada Qarabağ ermənilərinin qayıtması ilə bağlı fikir səsləndirdi, amma bu söz olaraq qalacaq. O da yaxşı bilir ki, həmin əhali obyektiv səbəblərdən o əraziləri oz arzusu ilə tərk edib. Onların kütləvi səkildə geri qayıtması üçün heç bir mexanizm yoxdur. Onlar yalniz fərdi qaydada bu barədə Azərbaycan Respublikası Prezidentinə müraciət edə bilərlər. Tramp bundan təbliğat vasitəsi kimi istifadə edirdi ki, zəngin ermənilər ondan narazı qalmasın.

Bu baxımdan Tramp dunyanın münaqişə ocaqlarında sülhə nail olmaqda maraqlıdir, o cümlədən də Ukraynada. Ona görə də o, Zelenskiyə çatdırır ki, bizə arxayın olub çox iddiali fikirlər səsləndirməyin, çünki bu münaqişəni söndürmək lazımdır. Hesab edirəm ki, Tramp hakimiyyətə gələndən sonra Ukrayna məsələsinin həlli üçün optimal bir variant ortaya qoyacaq. Bu variant isə Türkiyə və Rusiya ilə razılaşdırılacaq".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910