Gələn il pensiyaların minimum məbləği və minimum əməkhaqqı artacaq
Gələn ilin əvvəlindən pensiyaların sığorta hissəsi təxminən 9 faiz artacaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı komitənin sədri Musa Quliyev deyib.
O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək.