Əsədin 4 mərtəbəli yeraltı həbsxanası aşkarlandı!
"CNN-Türk" telekanalı hakimiyyətdən devrilmiş Bəşər Əsəd rejimi ilə bağlı daha bir maraqlı faktı ortaya çıxarıb. Telekanal əməkdaşları paytaxt Dəməşqdə Sednaya adlı 4 mərtəbəli gizli yeraltı həbsxana aşkar edildiyini xəbər veriblər. Bildirilib ki, yeraltı xəstəxananın yalnız bir mərtəbəsindən minlərlə məhkum çıxarılıb. Digər mərtəbələrin qapısının açılması üçün çalışmalar davam edir. Məlumata görə, Əsəd rejimi çöküş anında izi itirmək üçün qapıları betonlayıb. İddialara görə, yeraltı həbsxanada 70 mindən çox işgəncə və zülmə məruz qalan məhkum ola bilər. Görüntülərdə silahlıların məhbusları oradan çıxardığı əks olunur.
Mətləb