Suriyada “sağlam keçidin” təmin edilməsi vacibdir- Türkiyənin vitse-prezidentindən ÇAĞIRIŞ
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Suriyanın inkişafında yeni dövrün başladığını açıqlayıb. C.Yılmaz öz sosial media hesabında Bəşər Əsəd rejiminin devrilməsi fonunda qonşu ölkədə yaranmış vəziyyəti şərh edib. C.Yılmaz Suriya xalqının öz inkişafında yeni səhifə açdığını qeyd edərək, qonşu ölkə əhalisinin bütün təbəqələrinin iradəsini əks etdirən hakimiyyət sisteminə “sağlam keçidin” təmin edilməsinin vacibliyini vurğulayıb.
“Qarşıdurmadan uzaq, konstruktiv və hərtərəfli yanaşmaya riayət etmək lazımdır”, - deyə Türkiyənin vitse-prezidenti bildirib.
Mətləb Salahov