Şamil Ayrım Qərbi azərbaycanlıların qayıdışından danışdı - dünyanın ədaləti haradadır?
Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub. Başda Qarabağ Zəfəri olmaqla hər bir sahədə bu həmrəyliyi görmək mümkündür. Sabah Xankəndini, Xocalını görəcəyik. Orada ermənilərin törətdiyi qətliamın qurbanlarının xatirəsini yad edəcəyik və bunları heç vaxt yaddan çıxarmayacağıq. Eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə tanış olacağıq. Ermənilər tərəfindən minalanmış ərazilər artıq təmizlənir.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
“Qərbi Azərbaycandakı qardaşlarımız 1988-ci ildə öz evlərindən qovulublar. Bu vətəndaşlar beynəlxalq qanunvericiliklə öz torpaqlarına qaytarılmalıdır. Bəs dünyanın ədaləti haradadır? Ona görə biz deyirik ki, dünya 5-dən böyükdür. Azərbaycan “sülhü təmin edək” deyir, bundan gözəl nəsə ola bilərmi? Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ermənilərdə narahatlıq doğurmamalıdır”, - deyə Şamil Ayrım diqqətə çatdırıb.
ZÜMRÜD