Sen Martinə həsr olunmuş “Bir adanın səsi” adlı debat təşkil edildi
Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans çərçivəsində “Bir adanın səsi” adlı debat təşkil edilib.
Sen Martinin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejonun moderatorluğu ilə keçən paneldə Sen Martinin təhsil, səhiyyə və sosial inkişaf sahələrindəki vəziyyətə toxunulub, həmçinin iqtisadi müstəqilliyin və vahid bir cəmiyyətin qurulmasının önəmi vurğulanıb.
Digər çıxış edənlər - “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell, Sen Martin parlamentinin üzvü Franklin Meyers “Nation Opportunity Wealth” (NOW) siyasi partiyasının lideri Kristofer Emanuel, Sen Martinin keçmiş səhiyyə, sosial inkişaf və əmək naziri Pamela Carty, Sen Martinin müstəqilliyi uğrunda mübarizə aparan fəal Cülyen Denis müstəmləkə şəraitində yaşamağın çətinliklərindən danışıblar. İştirakçılar adanın inkişafı üçün həm siyasi, həm də sosial dəstəyin artırılmasının vacibliyini qeyd ediblər.
Müzakirələrdə çətinliklərlə yanaşı, Sen Martinin müstəqil bir gələcəyə doğru irəliləməsi üçün güclü bir birlik və davamlı mübarizənin vacibliyi vurğulanıb, bu istiqamətdə yeni strateji yanaşmaların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışçılar, həmçinin Bakı Təşəbbüs Qrupuna müstəmləkəçiliyə qarşı mübarizədə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD