Hacıqabulda "Mercedes" aşıb, 1 nəfər ölüb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, rayon ərazisində minik avtomobili aşıb. Hadisə saat 8 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobilinin aşması nəticəsində Qurbanəli Gözəlov ölüb, xəsarət alan Toğrul Qurbanlı isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mətləb