Bakıda Fransa və Niderland neokolonializmi haqqında beynəlxalq konfrans işə başlayıb
Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan Sen-Marten adasındakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir. Konfransın mövzusu "Sen-Martendə Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale"dir. Konfransda Sen-Marten xalqının nümayəndələri, həmçinin müstəmləkəçiliyə qarşı fəaliyyət göstərən təşkilatların rəhbərləri, Sen-Marten parlamentinin üzvləri, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edirlər.
Tədbir zamanı müstəmləkəçilikdən azad olma mübarizəsi barədə müzakirələr aparılacaq.
Mətləb