Bu ölkədə Baş Prokurorluq Prezidentin fəaliyyətindən şübhəyə düşüb...
Peru Baş Prokurorluğu ölkə prezidenti Dina Boluarteyə qarşı vəzifə borcunu yerinə yetirməməkdə şübhəli bilinərək ilkin istintaqa başlayıb. Bu barədə Prokurorluğun bəyanatında deyilir. "Baş Prokurorluq Respublika Prezidenti Dina Boluarte ilə bağlı vəzifələrini yerinə yetirməməsi və ya vəzifəsini tərk etməkdə şübhəli bilərək ilkin araşdırmaya başlayıb", - məlumatda qeyd olunur.
Prokurorluğun məlumatına görə, 2023-cü ilin 29 iyun-9 iyulunda Boluarte əməliyyat keçirdiyinə görə prezident vəzifəsini icra etməyib, lakin bu barədə Nazirlər Kabinetinə və Konqresə məlumat verməyib. May ayında dövlət başçısına impiçment elan etməyi təklif edən bir qrup deputat vəsatətində Boluartenin plastik əməliyyat səbəbilə 12 gün işləmədiyini bildirib.
Mətləb Salahov