Bakıda motosiklet yolu keçən qızı vurub
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, motosiklet yolu keçən 2007-ci il təvəllüdlü Talıbova Zülfiyyə Atif qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb