Bazar ertəsi günü, 7 iyul 2025
     

OCCRP-ni Azərbaycanın daxili işlərinə məşhur ermənipərəst ABŞ məmuru yönəldir...

Image

Xəyal Bəşirov: "Onların Azərbaycana qarşı qərəzli və düşmən münasibəti, bizim daxili işlərimizə qarışmaq cəhdləri özünü hər addımda göstərir"

ABŞ-ın və Qərbin bəlli təşkilatları var ki, onların əsas məqsədi Azərbaycanı əsassız ittihamlarla suçlamaq, qaralamaqdır. ABŞ-ın və Qərb ölkələrinin birgə təşkilatçılığı, eyni zamanda mailiyyəsi ilə yaradılan, fəaliyyət göstərən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCRP də bu yolu tutur. OCCRP-nin Cənubi Qafqaz siyasəti bəllidir. 

Burada onun Azərbaycanı əsas hədəf kimi seçməsi, ölkəmizin daxili işlərinə qarışmaq istəyi və əsasən də erməni maraqlarının müdafiəçisi kimi çıxış etməsi məlumdur. Diqqət çəkən məqamlardan biri odur ki,  OCCRP ermənipərəst Samanta Pauerin rəhbərlik etdiyi Beynəlxalq İnkişaf Agentliyi  (USAİD) ilə də əməkdaşlıq edir, birgə antiazərbaycan layihələri icra edirlər. Bu təşkilat Samanta Pauer tərəfindən "tərəfdaş qurum" hesab edilir və hazırda OCCRP-nin əməliyyatlarını USAID əməkdaşı Şennon Maquayrinin kurasiya etməsi barədə faktlar var. Yəni OCCRP öz çirkin məqsədlərini USAID vasitəsilə də həyata keçirir. 

"OCCRP və USAID kimi təşkilatlar, onların rəhbərləri bu prosesə heç bir təsir göstərə bilməz"

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ümumiyyətlə, təkcə OCCRP deyil, bu qəbildən olan bir sıra beynəlxalq təsisatların kimlərin dar çərçivədə maraqlarına xidmət etdiyini biz dəfələrlə real təcrübədə görmüşük. "OCCRP, USAID, "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House", "Sərhədsiz Reportyorlar" kimi təşkilatların əslində müstəqil deyil, faktiki olaraq ayrı-ayrı güclərin, dairələrin maraqlarına xidmət etdiklərini özləri öz fəaliyyətləri ilə sübut ediblər. Belə bir hal mümkün deyil ki, təşkilat müstəqildir, onun araşdırmasının predmetləri, müstəqil istiqamətləri var və bu müstəqil təşkilat da apardığı araşdırmaların hamısının sonunda hansısa dövlətlərə, o cümlədən də Azərbaycana qarşı hər dəfə qərəzli mövqe tutur. Yəni Azərbaycan dövlətinin fəaliyyətində, atdığı addımlarda heç bir müsbət məqam görməyən, bir müsbət məqamı araşdırıb tapa bilməyən və həmişə ona qarşı hücumlar təşkil edən, onun addımlarını mənfi olaraq qələmə verən bu təşkilatların araşdırması, təbii ki, ədalətli, şəffaf ola bilməz. O təşkilatların özləri, rəhbərləri, səlahiyyətli şəxslər dəfələrlə əməlləri ilə sübut ediblər ki, çirkaba bulaşıblar, kimlərdənsə əldə etdikləri maraqlar müqabilində sifarişlər yerinə yetirib addımlar atıblar, hansısa ciddi araşdırmalar aparmadan nəticələr elan edirlər. Nəticələri əvvəlcədən bəlli olan araşdırmaların da mahiyyətini bilirik. Ona görə də düşünürəm ki, bu təsisatlar əslində QHT və media siyasəti olaraq ayrı-ayrı dövlətlərin, xüsusilə də kiçik ölkələrin daxili işlərinə qarışıb, öz aləmlərində onları "fakt qarşısında" qoyub bundan istifadə edərək onlara təsir göstərmək məqsədi güdürlər". 

X.Bəşirov qeyd edir ki, biz bunu Gürcüstanın timsalında açıq şəkildə gördük. O bildirdi ki, Gürcüstan hökuməti məlum Qərb, ABŞ təşkilatının, beynəlxalq təsisatların fəaliyyətini nəzarətə götürəcəyini və şəffaflığı, reallıqları ortaya qoyan qanun qəbul etmək niyyətində olduğunu bəyan edən kimi, dərhal onlar Gürcüstana qarşı hücuma keçdilər və bu gün də o hücumların ardı-arası kəsilmir. "Bu bir daha göstərdi ki, həmin o beynəlxalq təsisatlar və onların aid olduğu güc mərkəzləri, dövlətlər özlərinin ayrı-ayrı dövlətlərin daxilindəki uzantılarının ifşa olunması, onların sıradan çıxarılmasına qarşı fəaliyyətlərini davam etdirirlər. 

Azərbaycan vaxtında və lazımi məqamda bu addımları atıb. Həm QHT, həm də media sahəsində Azərbaycan dövlətinin Konstitusiyasına, xalqımızın və dövlətimizin maraqlarına xidmət yönündə qanunlara dəyişikliklər həyata keçirib. Qanunların qəbul edilməsi zamanı beynəlxalq hüququn prinsipləri ilə yanaşı Azərbaycan dövlətinin və dövlətçiliyinin maraqları da üstün tutularaq bu qanunlar qəbul edilib. Təbii ki, bu həmin o uzantıların, Azərbaycan dövlətinin daxilində də kənardan maliyyələşərək fəaliyyət göstərən emissarların, missiya sahiblərinin fəaliyyətini məhdudlaşdırıb. Biz Gürcüstan nümunəsində gördük ki, Azərbaycan dövləti bunu vaxtında lazımı şəkildə etməsəydi bizi də o bəlalar gözləyə bilərdi. Nə yaxşı ki, dövlətimiz bunu məqamında həyata keçirdi. Həmin o qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmaq imkanları məhdudlaşıb. Amma bütün bunlara baxmayaraq, yenə də onlar ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərirlər, istəyirlər ki, daxili işlərimizə qarışsınlar. Azərbaycanda peşəsindən, vəzifəsindən, eyni zamanda statusundan asılı olmayaraq bütün şəxslər qanun qarşısında bərabərdir. Biz zaman-zaman görmüşük ki, hətta yüksək vəzifəli, səlahiyyətli şəxslər belə qanun pozuntularına yol verdikləri təqdirdə məsuliyyətə cəlb edilirlər. Burda hətta partiya, siyasi mənsubiyyət, eyni zamanda hansısa bir vəzifədə olub-olmamasından asılı olmayaraq, istənilən şəxsin məsuliyyət məsələsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğu kimi həyata keçirilir. Əgər hər hansısa bir şəxs QHT rəhbəri, ya səlahiyyətli şəxsdirsə, yaxud media sahəsində fəaliyyət göstərirsə bu onun toxunulmazlığına dəlalət etmir. Həmin o şəxslər media təmsilçisi, QHT nümayəndəsi olub-olmamasından, yaxud digər sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq hansısa bir qanun pozuntusuna yol verirsə, hüquqa zidd addımlar atacaqlarını düşünürlərsə yanılırlar. Həmin şəxslərə qarşı Azərbaycan hüquq-mühafizə orqanları addımlar atır. Sanki adlarını çəkdiyim o beynəlxalq təsisatlar Azərbaycan vətəndaşlarının hüquqlarını qoruyurmuş kimi görüntü yaradıb onların uzantıları olan, onlardan maliyyələşən, onların maraqlarına xidmət edən və onların diqtəsilə addımlar atan şəxslərin qorunması üçün əllərindən gələni edirlər. Onlar səfirləri, diplomatları, beynəlxalq aləmdə fəaliyyət göstərən şəxsləri, hətta ayrı-ayrı dövlətlərin səlahiyyətli şəxslərini bu istiqamətdə səfərbər edib Azərbaycana qarşı hədyanlar, əsassız ittihamlar, iftiralar səsləndirməyə cəhd göstərirlər".

Antiazərbaycan koalisiyasında birləşən "OCCRP və USAID kimi bədnam təşkilatların, onların rəhbərlərinin, ermənipərəst, Azərbaycan düşməni Samanta Pauer kimilərinin, eləcə də onun təşkilatının əməkdaşlarının, məmurlarının ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərinin uğursuz olduğunu deyən X.Bəşirov qeyd etdi ki, onlar heç bir vasitə ilə istəklərinə nail ola bilməzlər. "Onların Azərbaycana qarşı qərəzli və düşmən münasibəti, bizim daxili işlərimizə qarışmaq cəhdləri özünü hər addımda göstərir. Amma OCCRP və USAID kimi təşkilatlar, onların rəhbərləri bu prosesə heç bir təsir göstərə bilməz. Biz atdığımız addımlarla həmin dövlətlərin, təşkilatların Azərbaycana qarşı mövqeyini müəyyənləşdiririk. Digər məqamlarda biz Azərbaycan dövlətinin daxilindəki hüququn tələblərini həyata keçiririk. Azərbaycan qanunverciliyinə görə, istənilən şəxs cinayət törədibsə mütləq şəkildə məsuliyyətə cəlb edilməlidir. Hüquqi dövlət olan Azərbaycanda və bir sıra dövlətlərdə qanunvericilik sistemləri, cinayət qanunvericiliyi mövcuddur. Ədalətli cəzanın tətbiq edilməsində əsas məqsəd sosial ədələtin bərpa edilməsi, cinayət törətmiş həmin şəxsin islah edilməsi, gələcəkdə həm o şəxs, həm də digərləri tərəfindən o cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Azərbaycan dövlətinin atdığı bu addımlar əslində dövlətçiliyimizə, onun təhlükəsizliyinə qarşı olan təhdidlərin, hansısa cəhdlərin qarşısını almaq məqsədi daşıyır ki, bundan sonra da bu belə olacaq" - deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirənin açılışı oldu - FOTO

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:57
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə ittiham etdi

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

06.07.2025 / 12:20
Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək...

06.07.2025 / 11:43
Polis Laçında əməliyyat keçirdi - 300-ə yaxın çətənə kolu və silah-sursat...

06.07.2025 / 10:34
Əhmədbəyli–Füzuli–Şuşa yolu layihəsi beynəlxalq mükafata layiq görüldü

05.07.2025 / 23:14
Ukrayna Voronejdə hərbi aerodromu vurdu - sursat anbarı və azı bir hərbi təyyarə məhv edildi...

05.07.2025 / 22:50
Tramp Putinə xəbərdarlıq etdi - yeni sanksiyalar daha sərt olacaq...

05.07.2025 / 22:22
" Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik" - Türkiyə Cumhurbaşkanı

05.07.2025 / 21:26
ABŞ səfirliyi Amerika vətəndaşlarına Azərbaycanı tərk etməyə çağırdığı barədə iddiaları təkzib etdi

05.07.2025 / 18:26
Azərbaycandakı sərmayə mühiti ECO-nun 10 illik strategiyasında mühüm rol oynaya bilər...

05.07.2025 / 17:57
Azərbaycanda 350 milyard dollar sərmayə - ECO ölkələri üçün bu nə deməkdir?...

05.07.2025 / 17:23
Qərbi azərbaycanlıların hüquqları daha bir beynəlxalq platformada əks olundu...

05.07.2025 / 16:50
Ölkədə 40 yaşdan yuxarı məktəb müəllimi qalmayacaq - prosesə baxın...

05.07.2025 / 15:18
Solo Gənclik” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək

05.07.2025 / 15:04
Ərdoğan Ermənistan-Azərbaycan sülh sazişinin perspektivlərindən və Zəngəzur dəhlizindən danışdı...

05.07.2025 / 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

05.07.2025 / 14:30
Bərdədə sakini 5 kiloqram narkotiklə tutuldu

05.07.2025 / 14:17
Türkiyədə üç iri şəhərin CHP-dən olan bələdiyyə sədrləri həbs edildi...

05.07.2025 / 14:07
Putin atəşkəsdən açıq şəkildə imtina etdi - Tramp Ukraynaya istədiyi silahları verəcəkmi?

05.07.2025 / 12:39
ECO-nun Xankəndi Zirvəsi: Prezident İlham Əliyev azad olunmuş torpaqları sülh və əməkdaşlıq məkanına çevirir

05.07.2025 / 11:40
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib

05.07.2025 / 11:17
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO

05.07.2025 / 11:06
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik etdi

05.07.2025 / 10:28
Tramp "TikTok"u Çindən alır

05.07.2025 / 10:25
İngilislər ŞOKDA - Covid-19-un yeni ştammı yayılıb

05.07.2025 / 09:23
"Fluminense" ilk finalçı oldu

05.07.2025 / 09:18
Bu gün Aşura günüdür

05.07.2025 / 09:13
Türk dünyasının liderləri Xankəndidə - Nəvaz Şərif: "Bir mənzil mənə, biri Ərdoğana..."

05.07.2025 / 08:45
Rusiyanın enerji sektorunda daha bir şübhəli ölüm... “Transneft”in vitse-prezidenti 17-ci mərtəbədən aşağı düşdü – intihar, ya sui-qəsd…

05.07.2025 / 08:33
"...millətimizin və dilimizin adının türk olması ifadəsini rəsmi dildən eşidə bildik" - Adil Qeybulla

05.07.2025 / 00:22
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilir...

04.07.2025 / 23:18
Rusiya səfiri Kopırkin Ermənistan XİN-ə çağırıldı – İrəvan Moskvaya nota verdi

04.07.2025 / 22:41
Prezident İlham Əliyevin "X" sosial şəbəkədəki səhifəsində İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO

04.07.2025 / 22:10
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə dinc əhalini, uşaqları atəşə tutması ilə bağlı zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO

“8 Noyabr” stansiyası bu səbəbdən innovativ enerji siyasətinin parlaq nümunəsi sayılır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910