Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edildi
Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib. Trend xəbər verir ki, təqdim edilmə mərasimi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransında baş tutub.
Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilən şəxslər:
“Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014-2023), deputat Mövlud Çavuşoğlu, İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli Sərdar İrəvani
Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, deputat Zafer Sırakaya, Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş katibi Aişa Başa, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım, İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Cantürk Alagöz, Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini, deputat Orhan Erdem, Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal, Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev, Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Quram Marxuli, Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Yaşar Sarı, “Economyfirst Limited London” şirkətinin direktoru, tanınmış jurnalist Klaus Peter Ralf Yürgens, İtaliyanın beynəlxalq məsələlər üzrə “Opinio Juris - Hüquq və Siyasət İcmalı” jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Chabert”.
Qeyd edək ki, siyahıda 10 ölkədən 16 nəfər (Türkiyədən 6, Almaniyadan 2, ABŞ, Belçika, Gürcüstan, İsveçrə, İtaliya, Qazaxıstan, Rumıniya, Şimali Kipr Türk Respublikasından 1 nəfər) yer alır.