Bu ölkədə böhran bitmir - Prezident müdafiə nazirinin istefasını qəbul edib
Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyət rejimində iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək istefa ərizəsi yazan müdafiə naziri Kim Yonq-Hyunu vəzifəsindən azad edib. Bu barədə Cənubi Koreya Prezidentinin Ofisi açıqlama yayıb. Medianın məlumatına görə, hərbi vəziyyət elan olunmasını Prezidentə müdafiə naziri təklif edib və onu inandırıb. Elə bu səbəbdən də parlamentdə müdafiə nazirinin impiçmenti məsələsi gündəmə gətirilib. Nazir impiçmenti gözləmədən istefa verməyi üstün tutub.
Dövlət başçısı ölkəsinin Səudiyyə Ərəbistanındakı səfiri, keçmiş ordu generalı Çoy Byunq-Hyuku müdafiə naziri vəzifəsinə namizəd kimi təklif edib. Onun namizədliyini parlament təsdiqləməlidir.
Mətləb Salahov