Bu, torpaq deyil, insan haqları məsələsidir - Mövlud Çavuşoğlu
Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlu Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusuna həsr olunmuş II beynəlxalq konfransda bəyan edib ki, Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir. O, Qərbi Azərbaycan İcmasının fəaliyyətini çox yaxından izlədiyini söyləyib. SİTAT: “İcmanın fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur.
Bu, torpaq deyil, insan haqları məsələsidir. Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır”.
Mətləb Salahov