35 il əvvəl Spitaka getmiş xilasedici təyyarəmizi ermənilər bu günlərdə vurdular...
Spitak zəlzələsinin bu günlərdə tamam olmuş 35 illiyi münasibətilə erməni xalqına müraciət etmiş prezident Vaan Xaçatryanın düşüncəsi, ya insanlığı, ya süni də olsa sülhsevərliyi yetmədi ki, ermənilərə kömək üçün getmiş və İrəvanda müəmmalı (vurulmuş) təyyarədə həlak olmuş azərbaycanlı xilasediciləri 1-2 sözlə xatırlasın. Onun göstərə bilmədiyi bu "alicənablıq" Azərbaycanla indiki sülh prosesinə yaxşı təsir göstərə bilərdi...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır:
Tik-tok ulduzu Argentina prezidentinin inauqurasiyasına getmək, Argentinadakı erməni diasporu ilə görüşmək yadına düşür, belə həssas məqamda xeyirxah mərhum azərbaycanlıları xatırlamağı "unudür"... Elə bu fakt bir daha sübut edir ki, mərhum soydaşlarımızın getdiyi təyyarə İrəvanda vurulubmuş...
Tahir TAĞIYEV