Rusiyanın Omsk vilayətindən Azərbaycana köçənlərin sayı artıb..
Rusiyanın Omsk vilayət statistika idarəsi maraqlı rəqəmlər yayıb. Məlumata görə Omskın əhalisi Tacikistan, Qırğızıstan və Qazaxıstandan gələnlərin hesabına artır. Əksinə, Ukrayna, ABŞ , Almaniyanın hesabına Omsk vilayəti öz sakinlərini itirir. Maraqlıdır ki, bu sırada Azərbaycan da var. Vilayətə ermənilər, taciklər, özbəklər, qazaxlar daha çox köçürlər. Maraqlıdır ki, Omsk ən çox Ukraynaya köçənlərin hesabına əhali itirir. Belə ki, gələn və gedən ukraynalıların say fərqi 31 olub. Omskdan Azərbaycana köçənlər isə sayca Omska köçənləri 26 nəfər üstəlıyib.
Görünür ki, Azərbaycanda yaşayışın getdikcə daha sabit olması Rusiyanın bu bölgəsində də populyar olmağa başlayıb.
Tahir