Məscid və sinaqoqlarda terror qorxusu Avropanı bürüdü, 30 milyon avro ayrıldı...
İsrail-Həmas müharibəsi Avropanı da xeyli təsirləndirib. Avropa ölkələrində antisemitizm və islamofobiya meylləri güclənir. Bu təmayül yeni il şənlikləri yaxınlaşdıqca daha da güclənir. Avropa Birliyinin daxili işlər komissarı xanım Yohanson bu xəbərləri həyəcanla yayıb.
Komissarın sözlərinə görə məscidlər və sinaqoqlar üçün xüsusi təhlükələr var, radikal qüvvələrin sinaqoq və məscidlərdə qanlı terrorlar törətmək ehtimalı yüksəkdir. Yohanson məscid və sinaqoq terrorlarının qarşısını almaq üçün yeni il bayramına qədərki dövr üçün 30 milyon avro əlavə vəsaitin ayrıldığını bildirib.
Bu da tolerant Avropa...
Hardadır Borrellər, Metsolalar... Görün Azərbaycanda yəhudi-müsəlman kontekstində qeyri-adi bir tərpəniş və ya tərpəniş ehtimalı var?
Ola bilməz, çünki Azərbaycanın Həmas-İsrail müharibəsinə, ümumən Yaxın Şərq böhranına yanaşması ədalətli və hüquqa uyğundur... Sizlərdən fərqli olaraq...
Zümrüd