Bu dairələrin seçiciləri bələdiyyə seçkisində səs verə bilməyəcəklər...
Bu bələdiyyə seçkisində yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcək. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib
O bildirib ki, həmin seçki dairələrinin seciciləri tamamilə məcburi köçkünlərdən ibarətdir.
"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək”, - deyə sədr qeyd edib.