Bayden oğlunu əfv etməklə özünü daha da qara günlərə atdı...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ Prezidenti Co Baydenin öz oğlunu əfv etməsi barədəki qərarına münasibət bildirib. A.Quliyev yazır: "Bu da Bayden administrasiyasının "ABŞ demokratiyası"- qanunun aliliyindən , insan haqlarından, demokratiya və hakimiyyət bölgüsünün vacibliyindən danış, bu adla başqa ölkələrin daxili işlərinə təzyiq göstər, baş əyməyənləri sanksiyalarla hədələ, sıx. Sonra isə hakimiyyətdən gethagetdə bütün bu dəyərləri bir kənara qoyaraq cinayət ittihamı altındakı oğlunu əfv elə. O oğulu ki, ittiham olunduğu 2 cinayət faktına görə - vergidən yayınma və dövlət orqanlarını yalanla aldatma- üst- üstə 40 il həbs cəzası gözləyirdi...
İndi Bayden administrasiyası eyni ittihamlar altında olan digər Amerika vətəndaşlarına da belə "humanistlik" edəcəkmi? Etməyəcəksə, demokratiya və qanunçuluğun ikili standartla tətbiqinə , sadə dildə desək bu "üzgörənliyə" nə izah verəcək?
Bu hələ Bayden hökumətinin hakimiyyətin son aylarında göz görə- görə yol verdiyi kobud pozuntu və xalqın iradəsinə hörmətsizlikdir .Ötən 5 illik hakimiyyət dövrü araşdırılsa, nələr üzə çıx( may)acaq?!
Trampın keçmiş fəaliyyətlərini araşdırmaqdan zövq alırdı. Az qalmışdı kişini dama basdırsın ...Yəqin Tramp Baydenin oğlunun təkcə bu faktını araşdırmaqla kifayətlənməyəcək. Onun Ukraynada biznes qurmaq xatirinə Poroşenko hökumətinə necə təzyiqlər etdiyini də araşdırmaq fürsətini əldən verməz....Baydenin qara günləri başlayır...."
Mətləb