Tiflisdə müxalif partiya sədri həbs edildi...
Tiflisdə hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri, o cümlədən “Dəyişiklik Naminə Koalisiya”nın liderlərindən biri Zurab Caparidzeni saxlayıblar. Bu haqda məlumat sosial şəbəkədə yayılır.
Məlumata görə, Rustaveli prospektindən Cavcavadze prospektinə doğru hərəkət edən və Vake parkı istiqamətində yürüş keçirən etirazçılar yolu bağlamağa cəhd ediblər.
Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yolu bağlamağa imkan verməyiblər, bu isə qarşıdurmaya səbəb olub və polis aralarında "Girçi - Daha çox Azadlıq" partiyasının sədri Caparidzeninin də olduğu bir neçə nəfəri saxlayıb.
TAHİR