Azərbaycanda uşaq hüquqları barədə konsepsiya hazırlanır
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişaf siyasətinin şöbə müdiri Elnur Əliyev "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfrasda məlumat verib ki, təmsil etdiyi qurum uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayır. Onun sözlərinə görə, bullinq mövzusu Elm və Təhsil Nazirliyinin diqqətindədir:
"Nazirlik çalışır ki, bu mövzu barədə hər hansı siqnallar olmasın. Bu ildən nazirlikdə Uşaq və gənclərin inkişaf siyasəti şöbəsi yaradılıb. Uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayırıq. Həmin konsepsiyada uşaq hüquqları, həmçinin uşaqlar üçün sağlam mühit yaratmaq məqsədilə valideynlər üçün təlimlər nəzərdə tutulur. Məktəblərdə psixoloji və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər görülməsi, monitorinqlərin gücləndirilməsi planlaşdırılır. Konsepsiya hazırlanıb təsdiqləndikdən sonra məktəblərə göndərəcəyik".
Mətləb Salahov