Almaniyada terror törətməyə hazırlaşan 17 yaşlı gənc yaxalandı
Almaniyada daha bir terror cəhdinin qarşısı alınıb. Belə ki, Elmshorn şəhərində Milad bayramı ərəfəsində terror aktı hazırlamaqda şübhəli bilinən gənc saxlanılıb. Bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, 17 yaşlı şəxs yük maşınını kütlənin üzərinə sürmək niyyətində olub.
Şübhəlinin bomba hazırlamaq üçün komponentlər aldığı da müəyyən edilib. Gəncin İraq və Mərakeşdən olan radikallarla əlaqədə olduğu məlum olub.
Mətləb Salahov