Zelenski NATO qarşısında Putinin də qəbul etməyəcəyi şərt qoydu - bunu edin, müharibəni dayandıraq...
Ukrayna prezidenti Zelenski Sky News-a müsahibəsində deyib ki, ölkəsi NATO-ya de-fakto nəzarəti altında olan bölgələrlə daxil olarsa, Ukraynadakı qaynar münaqişə mərhələsi başa çata bilər. O, deyib ki, Rusiya ilə müharibənin qaynar mərhələsini dayandırmaq üçün atəşkəs razılaşması əldə etmək mümkündür, anacaq bunun gərək üçün Ukrayna torpaqları NATO-nun “çətiri” altına alınmalıdır.
Ukrayna torpaqlarını ələ keçirmək istəyən Rusiya prezidenti Putini dayandırmaq üçün atəşkəsə ehtiyac olduğunu deyən Zelenski qeyd edib ki, NATO Ukraynanın Kiyevin nəzarətində olan hissəsini dərhal üzvlüyə daxil etməlidir. Zelenski bildirib ki, Ukraynanın buna çox ehtiyacı var, əks halda Putin geri qayıdacaq.
Bu addımın dərhal atılması gərəkdiyini deyən Zelenski bildirib ki, itirilmiş torpaqlar diplomatik yollarla geri qaytarıla bilər.
Zelenskinin bu planına görə, Ukrayna hazırda nəzarətində olan regionlarla NATO-ya üzv olacaq.
Ancaq Rusiya administrasiyası Ukraynanın NATO-da iştirakının qəti əleyhinədir. Putin iyun ayında NATO-ya üzvlükdən imtina edilməsini danışıqların şərtlərindən biri kimi qeyd etmişdi. Digər tərəfdən o, Krımın və yeni ilhaq edilmiş bölgələrin Rusiyanın bir hissəsi kimi tanınması kimi şərtləri də qoyub. Rusiya Xarici İşlər Nazirliyi isə Ukraynanın bir hissəsinin belə NATO-ya daxil olmasının qəbuledilməz olduğunu bildirib.
"Ukraynanın hər hansı bir hissəsinin NATO-ya daxil olması qəbuledilməzdir və yalnız münaqişəni daha da gərginləşdirmək cəhdi kimi qiymətləndirilə bilər", - deyə xüsusi nümayəndə Rodion Miroşnik bildirib.
TAHİR