"Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır" - Nazir
Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır. Bunu Xankəndidə jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, universitetdə əsasən mövcud fakültələr üzrə yeni ixtisaslar yaradılacaq. Bundan başqa, tibb fakültəsinin və təbiət fənləri üzrə fakültənin açılması da nəzərdə tutulur.
Universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparıldığını deyən E.Əmrullayev qeyd edib ki, növbəti ildən Türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması planlaşdırılır.
ZÜMRÜD