"Mini-Tramp" gəldi, Təhsil və Mədəniyyət nazirlikləri bağlanır...
Bəli, onu "mini-Tramp" və ya "benzinlə işləyən ağackəsən iqtisadçı" da adlandırırlar. Söhbət Argentinanın ikinci turda yeni seçilmiş prezidenti Havyer Mileydən gedir. 52 yaşı var. Qeyri-adi şeylər vəd edib.
Dövlət xərclərini azaltmaq onun vədlərinin əsasını təşkil edir. "Təhsil və Mədəniyyət nazirliklərini bağlayacağını, Mədəniyyət ixtisası üzrə təhsili dayandıracağını" bəyan edib. Miley çox mürəkkəb bir dövrdə hakimiyyətə gəlib. Ölkədə inflyasiya 143 faiz təşkil edir.
Bundan başqa, Miley ölkəni "dollarlaşdıracağını" da vəd edib.
ABŞ Mileylə işləyəcəyini bəyan edib.
Bu gün Miley andiçmə mərasimi keçirib. Ukrayna prezidenti Zelenski də inauqurasiyada iştirak edib.
Tahir Tağıyev