Antonio Koşta vəzifələrinin icrasına başlayıb
Avropa İttifaqı Şurasının yeni Prezidenti portuqaliyalı Antonio Koşta vəzifələrinin icrasına başlayıb. Brüsseldə, Avropa İttifaqı Şurasının qərargahında keçirilən mərasimdə qurumun belçikalı Prezidenti Şarl Mişel səlahiyyətlərini Antonio Koştaya təhvil verib.
A.Koşta mərasimdəki çıxışında Avropa İttifaqı ölkələri və qurumları arasında daha sıx əməkdaşlığın və dialoqun önəmini vurğulayıb. “Biz ancaq birlikdə ümumi rifaha, iqtisadi inkişafa və iqlim transformasiyasına nail ola, Avropanın səsini beynəlxalq səviyyədə eşitdirə bilərik”, - deyə yeni Prezident vurğulayıb.
Mətləb