Cümə günü, 18 iyul 2025
     

Dərmanlar da tibbi sığorta hesabına pulsuz olacaq...

Image

Azərbaycanda bəzi dərmanların İcbari Tibbi Sığorta xidmətləri zərfi çərçivəsində vətəndaşlara verilməsi ilə bağlı gözlənilən yeniliklər cəmiyyətdə də böyük maraqla qarşılanır. 

Xatırladaq ki, bu barədə məsələnin Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə əksini tapması gözlənilir. Layihəyə əsasən, ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək.

Əslində buna qədər də dərmanların İcbari Tibbi Sığorta çərçivəsində təşkili qanunda vardı. Ancaq ayrı-ayrı pasientlər vurğulayırlar ki, praktikada, bir qayda olaraq, dərmanların icbari sığorta ilə onlara verilməsi təmin edilmir. Bu dəfə isə qanuna müəyyən əlavələrlə bunun gerçəkləşəcəyi gözlənir. Üstəlik, indi qanunda veriləcək dərmanların adlarının da əks olunmasından bəhs edilir. Dəyişiklik təsdiq olunarsa, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı şəxsin tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Turan"a bildirilib ki, ilkin mərhələdə ürək-damar, daha sonra həzm və tənəffüs sistemi xəstəliklərinə qarşı dərmanlar qarşılanacaq: "Növbəti ildən qanunvericiliyə dəyişiklik öz təsdiqini taparsa, diaqnoz həkim tərəfindən qoyulandan sonra dərmanlar pasientlərə elektron resept əsasında veriləcək". Vurğulanıb ki, vətəndaşlar agentliklə müqaviləsi olan apteklərə yaxınlaşıb həmin dərmanları sığorta hesabına alacaqlar: "Həmin dərman apteklərdə olacaq. Əgər vətəndaş eynitərkibli dərmanları almaq istəyəcəksə və qiymətdə fərq yaranarsa, vətəndaş sadəcə həmin fərqi özü ödəyəcək".  İqtisadçı Zöhrab İsmayıl  belə praktikanın xarici ölkələrdə də olduğunu bildirir: "Amma orada dərmanları vətəndaşın müayinə olunduğu hospitallarda verirlər". Ölkəmizdə hansı dərman vasitələrinin xidmətlər zərfinə daxil olacağı indidən bilinmir. Lakin bütün hallarda, dərman vasitələrinin də xidmətlər zərfinə əlavə edilməsi təqdirəlayiq haldır. İndiyə qədər məhdud şəkildə verilən preparatların siyahısı genişləndirilirsə, bundan vətəndaşlar faydalanacaq. Bu da icbari tibbi sığortanın vətəndaşa əlavə üstünlüklər qzazandırması deməkdir. Xatırladaq ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.   Azərbaycanda "Tibbi sığorta haqqında" qanun 25 il əvvəl qəbul edilib. Ancaq yalnız 2021-ci ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb. İşəgötürən işçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən isə 0.5 faiz sığorta haqqı ödəyir. Eyni qaydada da işçi ödəniş edir. Xidmətlər zərfi  isə İcbari Tibbi Sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Xidmətlər zərfinə 3315 sayda tibbi xidmət daxildir. Bura aşağıdakı dərman və vasitələr daxil olunur: Təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf; Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman və tibbi sərf; Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf.

İcbari Tibbi Sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. Bu fonda maraqlı bir məqamı da qeyd edək ki,  hazırda dünya əhalisinin ən azı yarısı hələ də əsas səhiyyə xidmətləri ilə tam əhatə olunmayıb. Milyonlarla insan xəstəliklər və tibbi xidmətlərin əlçatan olmaması səbəbindən dünyasını dəyişir, əlilliyi olan şəxsə çevrilir, iş yerini itirir, yoxsullaşır. Bunun qarşısını almaq üçün dövlətlər tərəfindən bir çox istiqamətdə islahatlar aparılır. Tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi hökumətlərin sosial siyasətinin prioritetlərindəndir. Hazırda təməl tibbi xidmətlərə əlçatanlığın təmin edilməsində ən mütərəqqi yol İcbari Tibbi Sığorta hesab olunur. İcbari Tibbi Sığorta, həmçinin səhiyyə infrastrukturunun yaxşılaşmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xərclərin daha səmərəli istifadəsinə xidmət edir. Azərbaycanda icbari tibbi sığorta əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasına, səhiyyə sistemində şəffaflığın və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi personalın əməkhaqlarının yüksəlməsinə, əhalinin səhiyyə xərclərinin azalmasına ciddi müsbət təsir göstərir. Bir çox ölkələrdə icbari tibbi sığorta haqları hesabına fondlarda toplanan vəsait maliyyə bazarlarında dəyərləndirilərək gəlir əldə edilir. Bütün bunlar İcbari Tibbi Sığorta sisteminin cəmiyyət və iqtisadiyyat üçün nə qədər zəruri olduğunu bir daha sübut edir.  İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı xərclərin böyük bir hissəsi dövlət tərəfindən qarşılanır. Hamı ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardımdan istifadə edə bilir. Xüsusən də imtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödənilir. 18 yaşına çatmamış şəxslər, əyani təhsil alan tələbələr, işləməyən təqaüdçülər və aztəminatlı ailələr diqqətdə saxlanılır.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910