Çərşənbə günü, 16 iyul 2025
     

Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı kəşfiyyat müharibəsini gücləndirir...

Image

Akif Nağı: "Azərbaycanın da mövqeyini regonda zəiflətmək üçün hərəkətə keçməyə, təxribat törətməyə çalışırlar"

Avropa İttifaqının (Aİ) Ermənistandakı hərbi missiyası son vaxtlar fəallığını daha da artırıb və əsas diqqət də ona yönəlib ki, Azərbaycan ordusu və sərhəd mühafizə qüvvələrimizin dislokasiyası haqda daha geniş məlumat toplayıb Ermənistana ötürsünlər. 

Avropa ölkələrindən gələn diplomat və siyasi xadimlər də Azərbaycan sərhədinə bu niyyətlə gəlirlər. Bir sözlə, Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı kəşfiyyat müharibəsini gücləndirir.

"Aİ missiyasının, Qərbdən gələnlərin Ermənistan-Azərbaycan sərhədində apardıqları müşahidə, kəşfiyyat işləri onu göstərir ki, onlar Ermənistanı yeni təxribata hazırlayırlar"

Məsələyə şərh verən Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribat törətməsi ilə bağlı məsələ ikitərəfli məsələdir. "Yəni bir tərəfdən, burda Qərb, Avropa Birliyi çox fəaldır. Qərbin, Aİ-nin öz məqsədləri var və öz məqsədlərinə uyğun olaraq Ermənistandan istifadə etməyə çalışırlar. Onlar  həm regionda gərginlik yaratmaq, həm Rusiyaya qarşı ikinci cəbhə açmaq, həm də Azərbaycanın da mövqeyini regonda zəiflətmək üçün hərəkətə keçməyə, təxribat törətməyə çalışırlar. Azərbaycanın regionda lider mövqeyə malik olması Qərbin xoşuna gəlmir, bu onun istəklərinin ziddinədir. Çünki Azərbaycan onların regiona girməsinə mane olur. Daha doğrusu, Azərbaycan qarşılıqlı, səmərəli əməkdaşlıq təklif edir. Yəni Qərb, Fransa, Almaniya, ABŞ və başqaları regiona daxil olmaq istəyirsə Azərbaycanın mövqeyi ilə hesablaşmalıdırlar. Azərbaycan əməkdaşlıq üçün açıqdır. Amma onlar Azərbaycana özlərinin hansısa şərtlərini diqtə etmək, Azərbaycandan alət kimi istifadə etmək istəyirlərsə, Azərbaycan onlarla razılaşmır, ona görə də ölkəmizə qarşı bu cür aqressivdirlər. Belə suallar olur ki, niyə Azərbaycana qarşı belə qərəzli qətnamələr qəbul edirlər, düşmənçilik addımları atırlar. Bu, Azərbaycanın özünü müstəqil aparması ilə bağlıdır, biz onların ssenarisi ilə hərəkət etmirik. Ona görə də Qərb regionda vəziyyəti gərginləşdirməkdə yuxarıda qeyd etdiyim iki məqsəddən çıxış edir". 

Azərbaycana qarşı bu mövqeyin digər tərəfinin Ermənistan olduğunu deyən A.Nağının sözlərinə görə, Ermənistan özü də başa düşür ki, Qərb ondan alət kimi istifadə etmək istəyir, amma o da öz maraqlarını həyata keçirməyə çalışır. "Ermənistan Azərbaycana qarşı revanşist müharibə aparmaq həvəsindədir. Elə güman edirlər ki, Azərbaycanın onlara vurduğu zərbədən özlərinə gəliblər və bizim mövqeyimizi sarsıda bilərlər. Belə bir utopik, qeyri-real arzulara düşüblər. Bəlkə də xəyal edirlər ki, Azərbaycana qarşı addım atıb onu məğlub edə bilərlər. Belə bir ümidlərlə yanaşırlar. Baxırlar ki, Qərb onlara yüksək səviyyədə  silahla kömək edir, kəşfiyyat məsələsində, maddi anlamda dəstək göstərir. Ermənistan başa düşür ki, Qərbin Azərbaycana qarşı çirkin niyyətləri var, eyni zamanda onun niyyəti əsasən Rusiyaya qarşıdır. Qərbin Rusiyaya qarşı niyyətləri olduğu üçün Ermənistan düşünür ki, onlara külli miqdarda silah, hərbi təlimatçılar veriləcək, hətta bəzi ölkələrin hərbiçiləri də Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşdə iştirak edəcəklər. Belə utopik  hisslərə qapılan Ermənistan Azərbaycanı "çökdürmək" arzusu ilə yaşayır. Ona görə də Ermənistan Qərbin hərtərəfli dəstəyinə bel bağlayıb ciddi şəkildə müharibəyə hazırlaşır. Bu hər iki tərəfin mövqeyində artıq özünün təzahürlərini tapır. Yəni Aİ Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə missiyasını gücləndirməyə çalışır. Eyni zamanda son olaraq Polşa prezidentinin regiona səfər etməsi, açıq şəkildə Azərbaycana qarşı mövqe nümayiş etdirməsi, Arazdəyən, Kərki istiqamətində nümayişkaranə şəkildə müşahidə həyata keçirməsi, bunlar hamısı bizə bir mesajdır ki, sizə qarşı Ermənistandan istifadə edə bilərik. Bu, eyni zamanda "biz sizin yanınızdayıq" mesajı ilə Ermənistanı ürəkləndirmək məqsədi daşıyır. Ermənistan da ümid edir ki, ola bilsin, doğrudan da onların hərəkəti real bir hərəkətə çevriləcək. Polşa prezidentinin bu hərəkəti Qərblə razılaşdırılmış bir hərəkətdir. Polaşadan həmişə regionda Rusiyaya qarşı Qərbin bir forpostu kimi istifadə olunurdu. Bilirsiz ki, son aylarda Qərb artıq Polşanın ərazisində ciddi planlar qurur, oradakı hərbi bazanın genişləndirilməsi, Polşaya ABŞ-dan, Avropa ölkələrindən maliyyə dəstəyinin verilməsi istiqamətində addımlar atılır. Polşa da bununla razılaşır. Polşanın bir tərəfdən Rusiyaya qarşı məqsədləri var, digər tərəfdən, özü də digər aparıcı Qərb dövlətləri ilə birgə regionda öz mövcudluğunu təmin etmək istəyir. Ona görə də, bir tərəfdən, Azərbaycanla öz xoş münasibətlərini saxlayır, digər tərəfdən isə başqalarının əlində alət olmaqla regionda başqa niyyətləri təbliğ etməyə çalışır. Yəni vəziyyət bu şəkildədir. Eyni zamanda da Ermənistan sürətlə silahlandırılır. Ermənistan həm Qərbdən, eyni zamanda Hindistandan, Yunanıstandan silahlar alır, gözünməmiş bu silahları öz hərbi arsenalına əlavə edir. Bunların heç biri təsadüfi deyil və dediyimiz məqsədlərə xidmət edir. Üç-dörd variantda işlər təşkil etməyə çalışırlar ki, nəyəsə nail olsunlar. Məqsədləri odur ki, ya Azərbaycana təcavüz edib torpaqlarımızı yenidən işğal etsinlər, ya Azərbaycanın qalib imicinə kölgə salsınlar, ya regionda qarşıdurmalar, xaos yaratsınlar. Qərb çox xoşlayır ki, hansısa bir ölkədə, hansısa bir bölgədə xaos yaratsın, sonra da həmin xaosu özü idarə etsin. Qərb tərəfindən istifadə olunan "idarə olunan xaos" nəzəriyyəsi var. Onlar təxribatlara hazırlaşıb onu törədirlər. Bu gün o təxribatları bizim regionda törətmək məqsədi güdürlər. Aİ missiyasının, Qərbdən gələnlərin Ermənistan-Azərbaycan sərhədində apardıqları müşahidə, kəşfiyyat işləri onu göstərir ki, onlar Ermənistanı yeni təxribata hazırlayırlar. 

Azərbaycan bu xüsusda nə edir?  Azərbaycan bu təxribatlara qarşı öz hazırlıq işlərini görür, müttəfiqləri var, öz hərbi arsenalını getdikcə genişləndirir.  Onlar elə bilirlər ki, Azərbaycan 2020-ci ildəki vəziyyətdədir. Çünki Azərbaycan 2020-ci ildə həm ordunun hazırlığı, həm də silah – sursat baxımından hamı üçün bir sürpriz fakt ortaya qoydu. Yəni heç kəs bilmirdi ki, Azərbaycan bu şəkildə müharibəyə hazırlaşa, bu cür silahlara malik ola, bu cür taktiki hərəkətlər həyata keçirə bilər. Azərbaycan İkinci Qarabağ müharibəsindən artıq qalib dövlət kimi müəyyən nəticələr çıxarıb. Yəni arxayın olmaq olmaz ki, mənim silahların məğlubedilməzdir, onu təkmilləşdirməyə, başqa vasitələr tapmağa ehtiyac yoxdur. Azərbaycan bunu başa düşür və öz silahlarının təkmilləşdirilməsi işini həyata keçirir. Düzdür, biz hərbini bilmirik, amma ümid edirik ki, Azərbaycan onlardan bu məsələdə də on addımlarla irəlidədir. Onlar Azərbaycanın arxasınca gəlirlər, bizim istifadə etdiyimiz pilotsuz aparatlarla, dronlarla məşğuldurlar. Nə qədər silahlansalar da Azərbaycandan irəli keçə, ordumuzun hazırlıq səviyyəsinə gələ bilmirlər. Azərbaycan 44 günlük müharibədə bütün dünyaya Azərbaycan əsgərinin, ordusunun gücünü, səviyyəsini  göstərdi. O səviyyəyə isə Ermənistan heç vaxt çata bilməz, heç yaxınlaşa bilməz. Avropa dövlətlərinin çoxu da Azərbaycanın hərbi hazırlıq səviyyəsindən geridə qalır..." 

A.Nağı qeyd etdi ki, Azərbaycan ordusunu yüksək hazırlıq səviyyəsində saxlamalıdır, orduya yüksək məbləğdə maliyyə ayırımları olmalıdır, silah arsenalı daim yenilənməlidir: "Ciddi şəkildə təhlükəsizlik tədbirləri görülməlidir, düşmənin bütün kəşfiyyat təxribatlarının qarşısı alınmalıdır. Kənardan müşahidələr göstərir ki, ordunun rəhbərliyində, şəxsi heyətində Azərbaycan davamlı kadr islahatları həyata keçirir. O istiqamətdə də işlər gedir. Azərbaycan cəmiyyətinin daxili birliyi, hakimiyyət-xalq birliyi, monolitliyi qorunub saxlanılmalıdır. Ona mane olan qüvvələr, təxribat törətmək istəyənlər sıradan çıxarılmalıdır, zərərsizləşdirilməlidir. Azərbaycan o situasiyaya hazır olmalıdır ki, kimlərinsə təhriki ilə Ermənistan addım atarsa bu ölkə atdığı addıma peşman olmalıdır. Azərbaycan həm o təxribatların zərərsizləşdirilməsi üçün əks tədbirlər görməlidir, eyni zamanda gələcəkdə Ermənistanın Azərbaycana qarşı hər hansı bir  təxribat törətmək cəhdini ürəyindən keçirməməsi üçün bir sıra qabaqlayıcı tədbirlər görməlidir" - deyə A.Nağı qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910