Prezident paytaxt küçələrində müxalifətlə birləşdi
Gürcüstan müxalifət partiyaları və qeyri-hökumət təşkilatları şənbə günü Tbilisinin mərkəzində yürüş keçirərək, Avropa ölkələrinin liderlərini Gürcüstana Avropa Birliyinə daxil olmaq üçün namizəd statusu verməyə çağırıblar. Son vaxtlar hökümətlə gərginlik yaşayan Gürcüstan Prezidenti Salome Zurabişvili də aksiyada iştirak edib.
Dekabrın 15 - də Aİ liderləri Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu verilməsi barədə siyasi qərar qəbul etməlidirlər. Həmin gün hakim " Gürcü Arzusu "partiyası Tbilisiyə"Xalq şənlikləri" təyin edib. Bu qərar barədə bir neçə gün əvvəl baş nazir İrakli Qaribaşvili məlumat verib.
Mətləb