Bu Afrika ölkəsi Fransa ilə əməkdaşlıq müqaviləsini pozub
Fransa daha bir ölkədən əməllicə zərbə alıb. Bu dəfə Çad ölkəsi Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb. Bu barədə "Agence France-Presse” (AFP) Afrika ölkəsinin Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatına istinadən məlumat yayıb.
"Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır", - xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika İnteqrasiyası və xaricdəki çadlılar üzrə dövlət naziri Abderaman Kulamalla deyib. O, bunun səbəbini açıqlamayıb.
Mətləb