Tacikistan və Türkmənistan dünyanın ən "qapalı ölkələri " sayıldı...
Mərkəzi ofisi CAR- ın Yohannesburq şəhərində yerləşən və 1993- cü ildə təsis edilmiş " Vətəndaş fəallığı uğrunda Ümumdünya Alyansı" belə məlumat yayıb."Ən qapalı ölkə" adı həmin ölkələrdə ümumi qorxu və zorakılıq mühitinin hökm sürdüyünə əsaslanır.Alyansın " Xalq hakimiyyəti zərbə altındadır" reytinqındə Tacikistan 100 mümkün baldan cəmi 12, Türkmənistan isə 8 bal alıb.Orta Asiya ölkələri arasında ən yüksək balı Qırğızıstan alıb- 40 bal. Qazaxıstan 27, Özbəkistan 18 bal ala biliblər. Alyans dünyanın 20- dən çox hüquq- müdafiə təşkilatını birləşdirir.
Namiq Quliyev