İranla Rusiya bu qeyri- adi gedişlərlə nə etmək istəyirlər?...
Artıq rəsmi xəbər yayılıb ki ,dekabr ayı ərzində İran- Rusiya " Dövlətlərarası müqaviləsi" və İranla Avrasiya İqtisadi Birliyi arasında Azad İqtisadi Zona haqda saziş imzalanacaq.
Bir neçə həftə əvvəl Rusiya və İranın XİN başçıları Qərbin bölgəmizin işlərinə müdaxilə siyasətinə qarşı birgə fəaliyyət haqda razılaşma imzalayacaqlarını demişdilər.Dövlətlərarası müqavilədə bu məsələnin də ola biləcəyi real görsənir.
Ermənistanın ABŞ və NATO ilə sürətli yaxınlaşması fonunda Rusiyanın İranla daha isti münadibətlərdə olması təsadüf deyil .Son bir həftə ərzində Putinin Səudlar dövlətində və Əmirliklərdə görüş keçirməsi isə təsdiq edir ki , Rusiya Səudlarla İranı daha da yaxınlaşdırmağa və hər ikisini BRİKS təşkilatına cəlb etməyə çalışır.
Tahir Tağıyev