Pablo Elmasyan "Arsax yalanları" naminə gündə 42 km qaçacaq - düz 14 gün...
Bu erməni həkimdir, Argentinanın paytaxtı Buanes-Ayresdən Uruqvayın Montevideo şəhərinə kimi 14 gün ərzində hər gün azı 42 km olmaqla xeyriyyə qaçış marafonu keçirəcək.
Onun da "başını yeyiblər" ki, ermənilər guya Qarabağdan deportasiya olunublar və bu erməni həkim də ağ yalanlara uyaraq xeyriyyə marafonuna qərar verib. Topladığı (oxu- diləndiyi) pulları guya "Arsax" ermənilərinə göndərəcək...
Görəsən bu erməni "Hayastan Fondunun" hər il ABŞ-da xeyriyyə marafonlarında topladıqları pulların illər boyu İrəvanda və Xankəndidə kimlərin yediyini bilir?!..
Tahir Tağıyev