MSK “exit-poll”la bağlı sənədləri yanvarın 18-dək qəbul edəcək...
Azərbaycanda növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi vaxtı müəyyən edilib.
Bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.
Təqvim planına əsasən, sənədlər 2024-cü il yanvarın 18-dək qəbul ediləcək.
Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb. Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.