İran məhkəməsi ABŞ-a 49 milyard dollar cərimə kəsdi...
Tehranda beynəlxalq işlərə baxan məhkəmə ABŞ administrasiyasını və onunla əlaqəli 42 hüquqi və fiziki şəxsi general Qasım Süleymaninin qətlində iştirakına görə 49,77 milyard dollar ödəməyə məhkum edib. "İnterfaks" agentiliyinin xəbərində deyilir ki, Tehran məhkəməsi 3318 ərizəçinin "Qasım Süleymaninin şəhid olması ilə əlaqədar" maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiaları üzrə qərar qəbul edilib.
General Süleymani 3 yanvar 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad hava limanına hücumu nəticəsində öldürülüb. Q. Süleymaninin olduğu avtomobil ABŞ-ın o zamankı prezidenti Donald Trampın şəxsi əmri ilə raket zərbəsi vurulmuşdu.
Mətləb