Prezidentliyə namizədlərin siyahısı 2024-cü il yanvarın 18-dək dərc ediləcək...
Növbədənkənar prezident seçkilərinə qeydə alınmış namizədlərin siyahısı 2024-cü il yanvarın 18-dək dərc edilməlidir.
Bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.
Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermə gününə azı 20 gün qalanadək siyahını dərc etməsi tövsiyə olunur.